Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Naziri kəndə buraxmayıblar

© Sputnik / Murad OrujovIV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi öncəsi mətbuat konfransı
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi öncəsi mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Azad Rəhimov: "Mənim də atletlər kəndinə daxil olmaq hüququm yox idi"

BAKI, 11 may — Sputnik. Bu gün Bulvar oteldə IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi öncəsi mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə gənclər və idman naziri və yarışın baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Əl-Nassar, İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər.

© Sputnik / Murad OrujovIV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi öncəsi mətbuat konfransı
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi öncəsi mətbuat konfransı - Sputnik Azərbaycan
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi öncəsi mətbuat konfransı

Tədbiri Azad Rəhimov açaraq deyib ki, Bakı şəhəri Azərbaycan üçün önəmli olan mötəbər yarışa tam hazırdır: "Düşünürük ki, bütün dünyanın diqqəti Azərbaycanda olacaq. 4-cü İslam Həmrəyliyi Oyunlarının doğma Bakımızda keçirilməsindən qürur hissi duyuruq. İslam sülh, mehribanlıq, qarşılıqlı sevgi və hörmət, xalqların birliyi deməkdir. Növbəti 11 gün ərzində 50-dən çox ölkənin nümayəndəsi müxtəlif növlər üzrə mübarizə aparacağıq".

Nazir bəzi ölkələrin son anda yarışa gəlməsindən imtina etməsinə də münasibət bildirib: "Liviya, Sudan və İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı altında çıxış etməli olan Küveyt yarışa qatılmayacaqlar. 57 ölkənin hər bir şef-de-missionu İslamiadada iştirakını təsdiqləmişdi. Biz də hər bir ölkənin yarışda iştirak etməsi üçün əlimizdən gələni etmişik. İşimizi onların tələblərinə uyğunlaşdırmışıq. Hər bir ölkənin qərarına hörmətlə yanaşırıq. Gəlmirlərsə, düşünürəm ki, hansısa ciddi səbəb var. Buna məyus olsaq da, yarışda iştirak edəcək 54 ölkənin 3000-dən çox idmançısı bizi sevindirməyə bilməz. İslamiada 50-dən çox ölkədə canlı yayımlanacaq və təxminən 1,3 milyarddan artıq insan bu yarışa baxmaq imkanı əldə edəcək".

© Sputnik / Murad OrujovİHİF baş katibi Faysal Abdul Aziz Əl-Nassar
İHİF baş katibi Faysal Abdul Aziz Əl-Nassar  - Sputnik Azərbaycan
İHİF baş katibi Faysal Abdul Aziz Əl-Nassar

İHİF baş katibi Faysal Abdul Aziz Əl-Nassar isə təşkilati işlərin yüksək səviyyədə olduğunu deyib: "Azərbaycanda mükəmməl yarış olacaq. 3000-dən çox idmançı bu yarışda qələbə üçün mübarizə aparacaq. Azərbaycanın ev sahibliyi və dəstəyi sayəsində yüksək səviyyədə yarışlar keçiriləcək. Yarışın Təşkilat Komitəsinin rəhbəri olan Azərbaycanın I xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. Azad Rəhimova və digər təşkilatçılara dərin təşəkkür edirəm. Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevə qətiyyəti və dəstəyi ilə Oyunların Bakıda keçirilməsinə şərait yaratdığı üçün təşəkkür edirəm".

© Sputnik / Murad OrujovMOK-un vitse-prezidenti Çingiz Hüseynzadə
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə - Sputnik Azərbaycan
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə

Daha sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yarış haqqında fikirlərini bölüşüb. O deyib ki, Azərbaycan ilk dəfədir ki, böyük heyətlə yarışa qatılır: "Ümumi heyət 500 nəfərdən artıqdır. Hər şey yüksək səviyyədə həll olunub. Sabah başlayacaq İslam Həmrəyliyi Oyunları çox böyük uğurlara gətirib çıxaracaq. Həmişə məndən proqnoz gözləyirlər. Bu dəfə proqnoz vermək bir qədər çətindir. Çünki rəqibləri bir o qədər yaxşı tanımırıq. Avropa Oyunlarında bir sıra idmançılarla üz-üzə gəldiyimizdən, onlar barədə məlumatlıyıq. Buna baxmayaraq, Avropa Oyunlarında ilk "üçlüy"ə düşməyi planlaşdırırdıqsa, bu dəfə ilk sırada qərarlaşmaq istəyirik. Hər halda, Bakı-2015-dən çox medal qazanacağıq".

© Sputnik / Murad OrujovIV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva  - Sputnik Azərbaycan
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva

Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva ona ünvanlanan suala cavab olaraq bildirib ki, artıq 46 ölkənin idmançıları Atletlər kəndinə yerləşdirilib. 

Daha sonra tədbir iştirakçıları mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Suallara cavab verən Çingiz Hüseynzadə bildirib ki, əcnəbi idmançılar ölkəmizə medal qazandırmaqla yanaşı onların təcrübəsindən yerli idmançıların öyrənib və inkişaf edirmələrinə şərait yaradılır. Beləliklə Azərbaycanda zəif inkişaf edən idman növlərinə cəlb olunan legionerlərin Azərbaycan idmanı üçün rolu böyükdür.

Atletlər kəndinə jurnalistlərin girişinə qoyulan məhdudiyyətlərə isə nazir Azad Rəhimov belə münasibət bildirib: "Bu oyunlar olimpiya oyunlarının standartlarına uyğun keçirilir. Rio, Pekin və ya London olimpiadalarında iştirakımız zamanı mənim atletlər kəndinə daxil olmaq hüququm yox idi. Kəndə daxil olmaq üçün mənə xüsusi bir günlük buraxılış verirdilər. Burada da yarışın təhlükəsizliyini yüksək səviyyədə təşkil etmək üçün bunları həyata keçiririk".

Xəbər lenti
0