Polis

Azərbaycanlı idmançı polis bütün rəqiblərini məğlub etdi

2209
(Yenilənib 15:03 12.05.2017)
Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər

BAKI, 11 may — Sputnik. Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə, bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu yarışlar əvvəlki illərdən iştirakçı dövlətlərin və idmançıların çoxluğu ilə fərqlənib. Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib.

Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman qızıl medal və dünya kubokunu qazanıb.

Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız fiziki hazırlığı ilə yanaşı, təhsilini də artırır. Təmsilçimiz DİN-in Polis Akademiyasının V kurs kursantıdır.

2209
Teqlər:
Əlahiddə Çevik Polis Alayı, dünya kuboku, döyüşçü, karate, DİN, Belçika, polis
Əlaqədar
Polisin müsadirə etdiyi alkoqolu siçovullar içib
Polislər məktəblini öldürdülər
Polis gücləndirilmiş iş rejimində çalışacaq
Baş Dövlət Yol Polisindən vacib açıqlama
Naməlum şəxs polislərə hücum etdi
Üç azərbaycanlı polisdən misilsiz qəhrəmanlıq
Bobbi Çarlton, arxiv şəkli

Daha bir canlı tarix əbədiyyətə qovuşdu

10
(Yenilənib 15:19 11.07.2020)
Cek Çarlton Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub

BAKI, 11 iyul — Sputnik. Britaniya yığmasının keçmiş futbolçusu Bobbi Çarltonun böyük qardaşı Cek Çarlton 85 yaşında vəfat edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, idmançı uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu barədə onun 23 il müddətində çalışdığı "Lids" futbol klubundan məlumat verilib.

Çarlton ümumilikdə 773 oyunda iştirak edib. Futbolçu Böyük Britaniya çempionatında, Böyük Britaniya Kubokunda, Böyük Britaniya superkibokunda, İngiltərə Liqa Kuboku və Sərgilər Kubokunda qələbə qazanıb.

O, böyük Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub.

O eyni zamanda "Şeffild Uensdey", "Midlsbro" , "Nyukasel" klublarlnda məşqçi kimi çalışıb.

İrlandiya millisinin məşqçisi kimi komandanı 1990 və 1994-cü illər dünya çempionatlarının finallarına aparıb.

10
Canni De Byazi, arxiv şəkli

Tək gəlmir: de Byazi köməkçilərini gətirəcək

3
De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq

BAKI, 11 iyul – Sputnik. Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı gözlənilən Canni de Byazi ölkəmizə tək gəlməyəcək.

Sputnik Azərbaycan İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin məşqçilər korpusunda 2 italyan yer alacaq.

Artıq həmin şəxslərin adları da məlumdur. De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq. Hər iki mütəxəssis futbolçu karyerası ərzində İtaliyanın bir neçə yüksək liqa klubunun formasını geyinib. Karbone 2010, Belluççi isə 2014-cü ildə məşqçilik karyerasına başlayıb. 49 yaşlı Karbone son olaraq 2016/17 mövsümündə "Ternana"nın baş məşqçisi olub. 45 yaşlı Belliççi də aşağı liqa klublarında fəaliyyət göstərib. O, axırıncı dəfə 2018/19 mövsümündə "Albissola"ya rəhbərlik edib.

Qeyd edək ki, Arif Əsədov AFFA tərəfindən yığmaya yenidən köməkçi-məşqçi təyin olunub.

3
Məktəbli qız, arxiv şəkli

Qiymət dəyişməyəcək, amma tikilmir də: Məktəbli formaları ilə bağlı müəmma yaranıb

0
(Yenilənib 21:27 11.07.2020)
"Bizim əlimizə parça var. Amma koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Ona görə də, biz veriləcək qərarı gözləyirik"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bakı Tikiş Evi (BTE) məktəbli formasının tikilməsi üçün yeni tədris ilinin başlanması ilə bağlı veriləcək qərarı gözləyir. Bu barədə Sputnik Azərbaycan-a BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Vahid məktəbli forması: Labüd, yoxsa gərəksiz?
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

O, deyib ki, hazırda anbarda və mağazalarında məktəbli formaları var. Amma yeni məktəbli formaları hələlik tikilmir. Buna səbəb isə pandemiya ilə bağlı dərslərin başlanma vaxtının qeyri-müəyyən qalmasıdır: "Bizim əlimizə parça var. Amma koronavirusa görə dərslərin nə vaxt başlayacağı bilinmir. Ona görə də, biz veriləcək qərarı gözləyirik. Bu barədə qərar verilən kimi biz məktəbli formalarının istehsalına start verəcəyik. Bunun üçün xammal da var, işçi qüvvəsi də".

E. Əzimov məktəbli formalarının qiymətində bu il hər hansı dəyişikliyin edilməyəcəyini də bildirib.

0