Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yelkənçilərimizin Avropa miqyaslı uğuru

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidYelkənli qayıq idman növü. Arxiv şəkli
Yelkənli qayıq idman növü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kristina Kərimova 25 nəfər idmançını geridə qoyaraq finiş xəttinə öndə çatıb

BAKI, 5 may — Sputnik. Azərbaycan yelkənçiləri 27 Aprel – 1 may 2017-ci il tarixində, Bolqarıstanda "Port Bourgas 2017" turnirində iştirak ediblər.

Yarışda Burcu Algon Giorgianninin rəhbərliyi, məşqçi Seyhun Yıldızın iştirakı ilə 4 yelkənçimiz iştirak edib.

Dünyanın 9 ölkəsindən 148 yelkənçinin iştirak etdiyi yarışda təmsilçilərimiz uğurlu nəticələr göstəriblər. Murad Hacı 74 nəfər arasında 5-ci, Rafiq Orucov isə 6-cı olaraq sahilə çatıblar.

Yarışın ən gənc yaşlı xanım yelkənçisi Kristina Kərimova 25 nəfər idmançını geridə qoyaraq finiş xəttinə öndə çatıb.

İdmançılarımızın əsas hədəfi iyul ayında baş tutacaq yelkənçiliyin "Optimist" növü üzrə Avropa və dünya çempionatlarında uğurla çıxış etməkdir.

Xəbər lenti
0