Boks əlcəkləri, arxiv şəkli

Boks həvəskarları üçün mühüm xəbər

43
İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının təqvimi dəqiqləşib

BAKI, 5 may — Sputnik. Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutacaq boks yarışlarının təqvimi dəqiqləşib. Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Bakı Kristal Zal-2"də təşkil olunacaq yarış mayın 12-də başlayacaq.

İlk döyüşün startı 12:00-da veriləcək. Mayın 16-dək ilkin mərhələlərin görüşləri baş tutacaq. Ertəsi gün yarımfinallar, mayın 18-də finallar keçiriləcək. Həlledici döyüşlər saat 16:00-dan 20:00-dək baş tutacaq. Qeyd edək ki, kişi boksçular arasında təşkil olunacaq turnirdə Azərbaycan yığmasının şərəfini 10 idmançı qoruyacaq.

İlkin mərhələlər:

12 may

12:00-15:00. 69 kq, 75 kq, +91 kq

13 may

12:00-15:30. 60 kq, 81 kq

18:00-20:30. 56 kq, 91 kq

14 may

12:00-15:00. 64 kq, 69 kq, 75 kq

18:00 – 21:00. 64 kq, 69 kq, 75 kq

15 may

12:00-15:45. 49 kq, 52 kq, +91 kq

18:00 – 21:00. 56 kq, 75 kq, 81 kq

16 may

12:00-15:00. 60 kq, 64 kq, 91 kq

18:00-21:00. 49 kq, 52 kq, 69 kq

Yarımfinallar:

17 may

12:00-14:30. 49 kq, 56 kq, 64 kq, 75 kq, 91 kq

19:00 – 21:30. 52 kq, 60 kq, 69 kq, 81 kq, +91 kq

Finallar:

18 may

16:00-20:00. 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq

43
Teqlər:
"Bakı Kristal Zal-2", boks yarışları, mərhələ, İslam Həmrəyliyi Oyunları
Əlaqədar
Azərbaycan boksçusu Olimpiadanın finalına çıxdı
Azərbaycan boksçusu Olimpiadanın yarımfinalındadır
Rio Olimpiadasında yarışacaq boksçumuz: "Çox təəssüf..."
Azərbaycanlı boksçu qalib gəldi
Əfsanəvi boksçu öldü
Oskar heykəli, arxiv şəkli

Hollivudla əməkdaşlıq edən məşhur idmançı "Oscar" almaq istəyir

13
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib.

BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".

Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.

13
Teqlər:
Oskar, Hollivud, Həbib Nurməhəmmədov
Braziliya futbolçusu Ronaldinyo Bakıda, arxiv şəkli

Dünyanın ən yaxşı futbolçusu qəmə batdı: əzizini COVID apardı

11
(Yenilənib 14:41 21.02.2021)
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən ilin dekabrında sosial şəbəkədə yazmışdı

BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb. 

Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi. 

​Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.

 

11
Teqlər:
COVID-19, vəfat, ana, Ronaldinyo
Lada 2107 avtomobili, arxiv şəkli

Gəncəli "avtoşlar"ın ağlasığmaz hərəkətlərinin axırı yaxşı qurtarmadı

0
(Yenilənib 11:15 28.02.2021)
Şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

BAKI, 28 fevral - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq etmiş və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb.

Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N. Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndəlib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

0