Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub

Bu arenanın heç bir ölkədə analoqu yoxdur

68
(Yenilənib 22:35 04.05.2017)
Direktor müavini: "Hətta şəraitimiz yaxşı olduğu üçün buraya dünyanın bir çox ölkələrindən milli komandalar təlim məşq toplanışları üçün tez-tez gəlirlər"

BAKI, 4 may — Sputnik. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idman məkanlarına media turlar təşkil olunur. Bu gün tur çərçivəsində media nümayəndələri Milli Gimnastika Arenasında yarışa son hazırlıqlarla tanış olublar.

Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva yarışa hazırlıq haqqında geniş məlumat verərək jurnalistləri arena ilə tanış edib.

O bildirib ki, milli yığmamızın idmançıları burada qalır: "5 mərtəbədən ibarən Gimnastika Arenasında gimnastlar üçün hər bir şərait yaradılıb. İdmançılar gün ərzində çox vaxtlarını məşqə sərf etdikləri üçün Gimnastika Arenasında onlar üçün ayrılmış otaqlarda qalırlar. Burada 23 otaqda idmançılar 2-3-4 nəfər olaraq qalırlar. Burada eyni zamanda idmançıların paltarlarını yumaq üçün camaşırxana, uşaqların düzgün qidalanması üçün yeməkxana, dərs otaqları mövcuddur".

"Uşaqlar məşqlərin çoxluğundan məşq bazasını tərk edə bilmirlər. Ona görə Gimnastika Federasiyası rəhbərliyinin Təhsil Nazirliyi ilə danışıqları nəticəsində həftə içi saat 13:00-16:00 arası idmançılar üçün dərslər keçirilir. 200 idmançı burada qalaraq məşq edir və təhsil alırlar" — deyə Nərmin Quliyeva əlavə edib.

  • Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub
    Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub
    © Sputnik / Murad Orujov

1 / 17
© Sputnik / Murad Orujov
Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub

Binada eyni zamanda jurnalistlər üçün media mərkəzi var. Burada jurnalistlər həm foto və video çəkilişi edə bilər, eyni zamanda reportajlarını yazmaq üçün media otaqlarından istifadə edə bilərlər. Bununla yanaşı binada həkim otağı da var ki, yarışlar və ya məşq zamanı idmançılar zədələnərsə, onlara ilkin yardım göstərilir.

Direktor müavini onu da əlavə edib ki, dünyanın heç bir yerində gimnastika üçün ayrılmış belə bir arena yoxdur: "Gimnastika arenasının hələ ki heç bir ölkədə oxşarı yoxdur. Hətta şəraitimiz yaxşı olduğu üçün buraya dünyanın bir çox ölkələrindən milli komandalar təlim məşq toplanışları üçün tez-tez gəlirlər".

68
Teqlər:
Bakı, Nərminə Quliyeva, Təhsil Nazirliyi, Milli Gimnastika Arenası, Gimnastika Federasiyası, Bakı 2017 İslam Həmrəyliyi Oyunları, idmançılar, gimnastlar
Əlaqədar
Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verildi
Gimnastlarımız dünya kuboku uğrunda yarışıblar
Voislav Stankoviç (ağ formada)

"Neftçi"nin serbiyalı oyunçusu: "Uşaqlar Azərbaycan himnini oxutmağımı istəyirlər"

2380
(Yenilənib 09:49 23.09.2021)
Bakının "Neftçi" klubunun 34-cü doğum gününü qeyd edən serbiyalı legioneri Azərbaycandakı həyatından və işindən danışıb.

BAKI, 23 sentyabr - Sputnik. Bakı "Neftçi"sinin serbiyalı legioneri Voislav Stankoviçin uşaqları atalarından Azərbaycanın himnini qoşmağını istəyir, sonra isə onu ifa edirlər. 

Stankoviç bildirib ki, uşaqları Azərbaycan himnini keçən il öyrəniblər.

"Hələ keçən il, mənim "Neftçi"dəki oyunumu televizorda izləyərkən uşaqlar Azərbaycan himnini öyrəndilər. Hər dəfə baxdıqca himnin sözlərini öyrəniblər. Xanımımla mən onlara deyirik ki, bu, Azərbaycanın himnidir, onu Serbiyanın himni kimi bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Mən Azərbaycanda işləyirəm və bu ölkə mənə doğmadır. Onlar uşaq bağçasında da himni öyrənirlər. Dəfələrlə məndən himni qoşmağı istəyiblər, sonra da oxumağa başlayıblar", - Stankoviç deyib.

Serbiyalı futbolçu sentyabrın 22-də 34-cü yaşını tamam edib.

"Adətən, ad günümü ailəmlə restoranda qeyd edirəm, amma indi pandemiya səbəbindən evdə qeyd edirik. Artıq 34 yaşım var, qocalıram (gülür), amma əsas odur ki, özümü yaxşı hiss edirəm, əla fiziki formadayam", - legioner vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda "Keşlə"yə qarşı oyun (3:0) serbiyalı futbolçunun çempionatımızda 150-ci oyunu olub. "Keşlə" (o vaxtın "İnter"i) isə 2015-ci ildə Stankoviçin oynadığı ilk Azərbaycan klubu olub.

"Uzun illərdir Azərbaycanda oynayıram, bu ölkəni sevirəm, burada hər şey məni qane edir. Elə olmasaydı, bu qədər müddət burada oynamazdım. "Neftçi"nin şərəfini qoruduğum üçün şadam. Ümid edirəm ki, hələ burada çox oynayacam", - Stankoviç əlavə edib.

Eləcə də oxuyun:

2380
Teqlər:
'Neftçi', futbolçu, Serbiya, legioner, himn, Azərbaycan
Zabit Səmədov

Zabit Səmədov növbəti döyüşünü Qroznıda keçirəcək

217
(Yenilənib 19:52 22.09.2021)
Səmədovun rəqibi peşəkar rinqdə 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın ən məhşur kikboksçularından biri olan Zabit Səmədov növbəti döyüşünü Qroznıda peşəkər rinqdə keçirəcək. Bu barədə Çeçenistan Kikboksinq Federasiyasının rəsmi İnstagramı xəbər verib.

Səmədovun iştirakı ilə döyüş oktyabrın 4-də Qoznıda baş tutacaq və onun rəqibi "Bıçaq" ləqəbli fransız kikboksçu Didye Kilola olacaq. Peşəkar rinqdə fransız idmançı 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

Səmədov indiyədək peşəkar rinqdə 112 döyüş keçirib, 102-də qələbə qazanıb və 37 dəfə isə rəqiblərini nokauta göndərib. Sonuncu döyüşünü o, bu ilin iyun ayında Minskin beynəlxalq turnirində keçirib və burada "Quduz it" ləqəbli nigeriyalı döyüşçü Deje Kelejayeni məğlub edib. Bu döyüşü 37 yaşlı Səmədov iki illik fasilədən sonra keçirib.

Maraqlıdır ki, azərbaycanlı kikboksçu ardıcıl 19 döyüşdə məğlub olmayıb. Məğlubiyyət acısını sonuncu dəfə 2013-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən beynəlxalq turnirdə məşhur hollandiyalı döyüşçü Badr Hariyə məğlub olanda hiss edib.

Eləcə də oxuyun:

217
Teqlər:
kikboks, K-1 ustası Zabit Səmədov, Qroznı

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

0
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

0
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.