Milli Gimnastika Arenasında media nümayəndələri üçün tur təşkil olunub

Baş məşqçi İslam Oyunlarındakı ən güclü rəqiblərini açıqladı

58
Baş katib: "Biz də hər idman növündə 3 nəfər olmaqla 9 idmançı ilə iştirak edəcəyik"

BAKI, 4 may — Sputnik. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idman məkanlarına media tur çərçivəsində bədii gimnastika üzrə qadınlardan ibarət milli yığmanın üzrə baş məşqçisi Mariana Vasileva jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, İslam Həmrəyliyi Oyunları çox vacib yarışdır: "Ona görə də biz bu oyunlara çox ciddi hazırlaşırıq. Keçən həftə Bakıda Dünya kuboku keçirildi. Bu yarışda 20 ölkənin ən güclü gimnastları iştirak edirdi. Bu yarışda gimnastlarımız çox güclü çıxış etdilər və dünyanın ən güclü 12 güclü idmançısı arasına düşdülər".

Mariana Vasileva
© Sputnik / Murad Orujov
Mariana Vasileva

Baş məşqçi açıqlaması zamanı onu da qeyd edib ki, bu yarışda 3 bədii gimnast — Jalə Piriyeva, Marina Durunda və Zöhrə Ağamirova İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək: "İdmançılar yarışlara var qüvvələri ilə hazırlaşır. Hər bir məşqçi tələbələrindən ən uğurlu nəticəni gözləyir. Hər kəs isə bizdən gözəl çıxış və yaxşı nəticə gözləyir. Düşünürəm ki, komandamızın yaxşı şansları var. Ona görə də bayrağımızı qaldırıb, himnimizi səsləndirmək şanslarımız böyükdür. Onu da deyim ki, İslam Həmrəyliyi Oyunlarında ən güclü rəqibimiz Özbəkistan və Türkiyəni təmsil edən gimnastlardır".

Daha sonra İslamiadada çıxış edəcək idmançımız Marina Durunda yarışa hazırlıqları haqqında danışıb: "Biz çox məsuliyyətlə İslam Həmrəyliyi Oyunlarına hazırlaşırıq. Bu yarış bizim üçün önəmlidir. Bu cür mötəbər yarışda iştirak etmək bizim üçün böyük şərəfdir. Biz qələbə üçün mübarizə aparırıq".

Marina Durunda
© Sputnik / Murad Orujov
Marina Durunda

Daha sonra Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb. O açıqlamasında deyib ki, Azərbaycan gimnastika idman növü İslam Həmrəyliyi Oyunlarında ilk dəfədir təmsil olunur: "Kişi və qadın gimnastikası və bədii gimnastika növlərində yarışlar keçiriləcək. Yarışda iştirak üçün maksimal heyət hər idman növündə 3 idmançıdır. Biz də hər idman növündə 3 nəfər olmaqla 9 idmançı ilə iştirak edəcəyik".

Генеральный секретарь Федерации гимнастики Азербайджана Фарид Гаибов
© Sputnik / Murad Orujov
Генеральный секретарь Федерации гимнастики Азербайджана Фарид Гаибов, фото из архива

Baş katib zalların hazırlığına da münasibət bildirib: "Biz artıq İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün hazırlıqları tam sürətlə davam etdiririk. Demək olar ki, zallarda avadanlıqların qurulması başa çatır. 6 may tarixindən etibarən həm milli komandamız, həm digər ölkələrin gimnastları məşqlərini bu arenada davam etdirə biləcək".

58
Teqlər:
gimnastlar, gimnastika, Bakı 2017 İslam Həmrəyliyi Oyunları, Gimnastika Federasiyası, Fərid Qayıbov, Jalə Piriyeva, Zöhrə Ağamirova, Marina Durunda, Mariana Vasilyeva, Özbəkistan, Türkiyə, Azərbaycan, Bakı
Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)
Əlaqədar
Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verildi
Gimnastlarımız dünya kuboku uğrunda yarışıblar
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

27
(Yenilənib 21:08 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

27
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

38
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

38
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

68
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

68
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu