“Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü

"Tour d"Azerbaidjan-2017"də "Synergy Baku" üçün 3 fəxri kürsü

37
(Yenilənib 23:36 04.05.2017)
Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlayıb

BAKI, 4 may — Sputnik. Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d"Azerbaidjan-2017" beynəlxalq veloturunun 2-ci günü Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb.

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb. Məsafəni 4 saat, 47 dəqiqə, 49 saniyəyə başa vuran velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin "Israel Cycling Academy" komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla 3-cü yeri tutub. "Synergy Baku"nun digər üzvləri Yosip Rumaç 14-cü, Elçin Əsədov 32-ci, Samir Cəbrayılov 52-ci, Elgün Əlizadə 54-cü, Ənvər Asanov isə 78-ci olub.

Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o mavi rəngli "Synergy" köynəyinə yiyələnib. Bundan başqa, velosipedçimiz aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyinə də sahib çıxıb.

  • “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    © Sputnik / İlham Ahmadov
  • “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    © Sputnik / İlham Ahmadov
  • “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    © Sputnik / İlham Ahmadov
  • “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü
    © Sputnik / İlham Ahmadov
1 / 4
© Sputnik / İlham Ahmadov
“Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü

Mərhələnin ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyi Ukraynanın kontinental "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.

Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıxov təltif edib.

Mayın 5-də yarışın 3-cü mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Tour d"Azerbaidjan-2017" yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.

37
Teqlər:
"Tour d"Azerbaidjan-2017" beynəlxalq veloturu, Dennis van Vinden, Kiril Pozdnyakov, Ukrayna, Azərbaycan
Əlaqədar
Ümummilli liderin xatirəsinə həsr edilmiş beynəlxalq velotur
Velosipedçi qəzada öldü
MOK baş katibinin müavini Velotrekdə olub
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Bakını pul gətirən layihədən çıxarırlar?

89
(Yenilənib 13:30 25.01.2021)
Türkiyə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, paytaxtımız UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər.

BAKI, 25 yanvar — Sputnik, Teymur Tuşiyev. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2020-ci ildə keçirilməli olan və koronavirus pandemiyası səbəbindən 2021-ci ilə kimi təxirə salınan Avropa çempionatının təşkilatçı sayını azaltmaq məqsədilə dörd variantı nəzərdən keçirir. Sputnik Azərbaycan bu barədə Express.de-yə istinadən xəbər yayıb.

AVRO 2020-nin təşkilatçıları ilə bağlı ssenarilərdən biri çempionata ev sahibliyi edəcək şəhərlərin sayının 12-dən 10-a endirilməsindən ibarətdir. İkinci variantda şəhərlərin sayının 5-ə, üçüncü variantda isə 2-yə endirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sonuncu dəfə 2012-ci ildə Avropa çempionatı iki ölkədə keçirilmiş, həmin vaxt turnirə Polşa və Ukrayna ev sahibliyi etmişdi.

Nəhayət, dördüncü ssenari keçən il Avropa Liqasının həlledici mərhələsində olduğu kimi, çempionatın yalnız bir ölkədə keçirilməsini nəzərdə tutur.

Bununla belə, hansı şəhərlərin təşkilatçılar siyahısından çıxarıla biləcəyi haqqında məlumat verilmir, yalnız o qeyd olunur ki, şəhərlərin sayının azaldılması çoxsaylı səfərlərin qarşısını almaq zərurətindən irəli gəlir. Əgər coğrafi prinsipdən çıxış edilərsə, siyahıda Avropaya ən uzaq olan şəhərlər Bakı və Sankt-Peterburqdur. Bu səbəbdən AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılan ilk namizədlər məhz bu şəhərlər ola bilər.

"Qarabağ" futbol klubundan sensasion açıqlama>>

Digər tərəfdən, üç qarşılaşması Bakıda keçirilməli olan "A" qrupunda Türkiyə yığması da var. Özü də bu ölkə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, Bakı UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər. Bununla belə, eyni qrupda olan Uels komandası Bakıya gəlmək üçün min kilometr yol qət etməlidir. Odur ki, UEFA qərar qəbul edərkən bu iki amildən birinə üstünlük verməlidir.

Əgər Avropa Futbol İttifaqı AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlərin sayını kəskin şəkildə azaltmağa qərar versə, bu halda oyunların keçirilə biləcəyi dörd Avropa şəhəri qeyd olunur: Münhen (Almaniya), London (Böyük Britaniya), Vyana (Avstriya) və Lissabon (Portuqaliya).

UEFA AVRO 2020-nin təşkilatçılarının sayının azaldılması ehtimalı ilə bağlı xəbərləri şərh etməyib, bununla belə qurumdan bildirilib ki, hazırda assosiasiya 12 təşkilatçı ilə birgə Avropa çempionatı ərzində stadionların hansı formada doldurulması ilə bağlı turnir ssenariləri üzərində işləyir. Həmin ssenarilərə əsasən, çempionat vaxtı tribunaların 50 faizdən 100 faizə, 20 faizdən 30 faizə qədər doldurulması və ya oyunların tamamilə azarkeşsiz keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Bakı futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi etməli idi. Bakı Olimpiya Stadionunda İsveçrə - Uels, Türkiyə - Uels və İsveçrə - Türkiyə milli komandaları arasında A qrupunun oyunları və dörddə bir finallardan birinin keçirilməsi nəzərdə tutulmuşdu. AVRO 2020-nin bu il iyunun 11-dən iyulun 11-nə kimi keçirilməsi planlaşdırılır.

Avropa çempionatının formatı ilə bağlı son qərar martın əvvəlində açıqlanacaq.

89
Teqlər:
Bakı, UEFA, AVRO-2020, futbol
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

24
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

24
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil
Tərəzi, kökəlmək, köklük

Diabetə qalib gəlməyin çox asan yolu

0
(Yenilənib 00:44 27.01.2021)
Diabetə on iki həftə ərzində qalib gəlmək mümkündür. Amerikalı alimlərin araşdırmasına görə, minimal karbohidratlı pəhriz həm sağaldır, həm də arıqladır

BAKI, 27 dekabr - Sputnik. On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər. 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur. 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. 

Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

0