Boks əlcəkləri, arxiv şəkli

Bu komanda İslam Oyunlarında adını tarixə yazmaq istəyir

27
(Yenilənib 00:17 04.05.2017)
Məşqçi: "Boks yığmamız Bakıda keçirilən bütün yarışları uğurla başa vurub"

BAKI, 3 may — Sputnik. Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı haqqında fikirlərini bildirib. Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məşqçi bildirib ki, mayın 12-22-də Bakıda keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir: "Bakıda hazırlığın son mərhələsini keçirik. Bundan öncə Qəbələdə təlim-məşq toplanışında olduq. Dağlıq ərazidə əsasən fiziki məşqlərə üstünlük verdik. Ardınca 6 gün dincəldikdən sonra məşqləri Bakıda davam etdiririk. Paytaxtda baş tutan son mərhələ taktiki və texniki hazırlığa yönəlib".

N. Abdullayev boksçularımızın Atletlər kəndinə köçəcəyi vaxtı da açıqlayıb. O bildirib ki, Boks Mərkəzində gündə 2 dəfə hazırlıq keçən millimiz mayın 10-dan komandamız üçün ayrılan məkana köçəcək.

Böyük məşqçi yığmanın İslamiada üçün heyətinin nəyə əsasən formalaşdırdıqlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, komandaya bütün yarışlarda özünü yaxşı tərəfdən göstərən idmançılar cəlb olunub: "Heyətdə hər şey qaydasındadır. Hansısa problemimiz yoxdur. Yığmanın üzvləri əsasən Azərbaycan çempionatının qaliblərindən və bundan sonra özlərini digər yarışlarda doğruldanlardan təşkil edilib. Düzdür, bəzi çəkilərdə yoxlama döyüşləri də keçirilib və buna uyğun qərar verilib. Əsas rəqabət 64 kq və 69 kq çəki dərəcələrində olub. Zədəsi olan Lorenzo Sotomayorun çəkisi də bir qədər artıq idi. Bu səbəbdən İslamiadada Elvin İsayevin döyüşməyini məqsədəuyğun saydıq. Pərviz Bağırov isə sınaq döyüşlərində Tamerlan Abdullayevdən geri qaldı. Qələbəni ikinci qazandığından heyətdə yer aldı. Digərləri demək olar ki, hazırda öz çəkilərinin bir nömrələridir".

Boks yığmamız Bakıda keçirilən bütün yarışları uğurla başa vurub. Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medalla qitənin ən güclüsü olan komandamız İslam Həmrəyliyi Oyunlarında da adını tarixə yazmaq arzusundadır. N. Abdullayev qeyd edib ki, bu dəfə də mükafatların çox olacağına ümidləri yüksəkdir: "İnanırıq ki, yenə bütün əyarlı medal qazanacağıq. Proqnoz vermək çətin olsa da, bacardığımız qədər irəliləməyə çalışacağıq. Dünya çempionumuz Cavid Çələbiyev, Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov, Rio Olimpiadasının üçüncüsü Kamran Şahsuvarlı yaxşı formadadırlar. Onlar kimi bütün heyətin hər bir boksçusundan uğur gözləyirik. Amma püşkdən də çox şey asılı olacaq".

Çalışdırıcı son yarışlara zədə səbəbindən qatılmayan ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun hazırkı durumuna da aydınlıq gətirib. O bildirib ki, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək idmançıya bütün turnirlərdə olduğu kimi İslamiadada da inamı böyükdür: "Onun diz qapağının altında zədəsi vardı. Əməliyyat keçirmişdi. Lakin müalicəsini davam etdirə-etdirə məşqlərə də qatıldı. Hazırda yaxşı formadadır. Deyərdim ki, fiziki hazırlığında hansısa problemi yoxdur. Qəbələdə təlim-məşq toplanışında kross qaçışlarında da özünü yaxşı tərəfdən göstərdi".

Qeyd edək ki, İslamiadada Azərbaycanı boks yarışlarında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.

27
Teqlər:
IV İslam Həmrəyliyi Oyunları, Lorenzo Sotomayor, Pərviz Bağırov, Nəriman Abdullayev, Qəbələ, Atletlər Kəndi, Azərbaycan, Bakı
Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)
Əlaqədar
İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandanın heyəti açıqlandı
İslam Oyunlarında Azərbaycanı bu bokçular təmsil edəcək
İslam Həmrəyliyi Oyunlarının bayraqdarı bu idmançı olacaq
İdmançımız İslam Həmrəyliyi oyunlarında iştirak edə bilməyəcək
İslam Oyunları 2017-nin yeni tərəfdaşı məlum oldu
Ağdamda Cümə məscidi

"Qarabağ"ın futbolçuları Ağdam məscidində ibadət etdilər "İmarət" stadionunda oynadılar

32
(Yenilənib 16:55 28.11.2020)
"Qarabağ" futbol klubunun üzvləri bu gün Ağdamda Cümə məscidini ziyarət ediblər və "İmarət" stadionunda simvolik futbol oynayıblar.

BAKI, 28 noyabr — Sputnik. "Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular da yer alıb.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.

Sonra Ağdam klubu doğma meydanda ("İmarət" stadionunda) simvolik olaraq futbol oynayıb.

Simvolik matç Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində baş tutub.

"Qarabağ"ın legionerləri də Ağdam şəhərinə aparılıb.

  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
1 / 3
© Photo : APA
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb

Bu, Qarabağ" futbol klubunun 27 ildən sonra işğaldan azad edilmiş Ağdama ilk səfəridir.

Komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə ilk dəfə 1987-ci ildə yaşıl sahələrə çıxmağa başlayıb. 

Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

32
Teqlər:
Ağdam, "Qarabağ" FK, Qarabağ
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

30
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

30
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Kəlbəcərə mənzərə, arxiv şəkli

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı - Xidmət rəisi

0
(Yenilənib 18:09 29.11.2020)
"Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı"

BAKI, 29 noyabr — Sputnik. Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.

0
Teqlər:
müalicə, termal sular, İstisu, Qarabağ, Kəlbəcər