Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir futbol klubu dağıldı

© pixabay / 3844328 / footballФутбольное поле, фото из архива
Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Peşəkar futbol komandası dağıldı

BAKI, 3 may — Sputnik. AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandırıb. Sputnik Azərbaycan futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır. Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə bir qərara gəlinib ki, AZAL QSC Bakı ətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan "Zirə" Futbol Klubuna dəstək olmaq daha məqsədəuygundur. AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə "Zirə" Futbol Klubuna dəstək olacaq. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək".

Qeyd edək ki, AZAL 2004-cü ildə AMMK adı altında futbol yarışlarında debüt edib.

Xəbər lenti
0