Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə dünya çempionatında bu yenilik tətbiq ediləcək

© pixabay / 3844328 / footballФутбольное поле, фото из архива
Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
FİFA prezidenti 2018-ci il dünya çempionatında tətbiq ediləcək yeniliyi açıqlayıb

BAKI, 26 aprel — Sputnik. 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində video hakim funksiyasından istifadə olunacaq.

Bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.

Ali futbol qurumunun rəhbəri bildirib ki, bu sistem artıq müsbət nəticə verib: “Biz bu sistemdən ancaq müsbət nəticələr almışıq. Ona görə də qarşıdakı mundialda hakimlərə kömək üçün istifadə olunacaq”.

Video hakim funksiyası bu il keçiriləcək Konfederasiyalar Kubokunda istifadə olunacaq.

2016-cı ilin martında iki illik sınaq müddəti kimi videoköməkdən istifadəyə icazə verilib. Bu sistemdən klublararası dünya çempionatı və İtaliya B Seriyasında yararlanıblar.

Xəbər lenti
0