Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əzəli rəqib barədə tarixi etiraf

© Photo : Fenerbahçe"Fənərbağça"-nın baş məşqçisi Dik Advokat
Fənərbağça-nın baş məşqçisi Dik Advokat - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarşılaşmada 1-0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, oyun üstünlüyü Qalatasaray"da oldu"

BAKI, 24 aprel — Sputnik. "Ədalətli olmaq lazımdır. "Qalatasaray" bizdən daha üstün oynadı". Sputnik Azərbaycan "Takvim"-ə istinadən xəbər verir ki, bu sözləri "Fənərbağça"-nın baş məşqçisi Dik Advokat dünənki derbi matçdan sonra söyləyib.

Rəqib meydanda 1-0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, oyun üstünlüyünün "Qalatasaray"da olduğunu etiraf edən hollandiyalı məşqçi, qələbə qazandıqları üçün özünü xoşbəxt hiss elədiyini deyib: "Səfərdə "Qalatasaray" kimi nəhəng bir kluba qalib gəldik. Onların sona qədər döyüşəcəklərini bilirdik. Və elə də oldu. Bəlkə mükəmməl oyun olmadı, amma nisbətdə onlar bizə görə daha yaxşı futbol oynadılar. Ancaq nəticədə biz qələbə qazandıq".

Xəbər lenti
0