Cüdo

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

17
Bütün rəqiblərinə qalib gələn Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

BAKI, 21 aprel — Sputnik. Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, yarışın ikinci günündə — aprelin 21-də Azərbaycan milli komandasının üç üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb.

Bütün rəqiblərinə qalib gələn Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin çəki dərəcəsində çıxış edən digər cüdoçumuz, “Rio-2016”nın mükafatçısı Rüstəm Orucov bürünc medalla kifayətlənib.

Qeyd edək ki, çempionatın ilk günündə millimizin üzvləri Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medala sahib olublar.

17