Lenko komandası qalib olub

"Neymar Jr’s Five" futbol turniri Lənkərandan başladı

69
(Yenilənib 16:51 10.04.2017)
22 komandanın iştirak etdiyi yarışda "Lenko" komandası qalib gəlib

BAKI, 10 apr — Sputnik. Azərbaycanda ardıcıl ikinci ildir keçirilən "Neymar Jr’s Five" futbol turnirinə start verilib. İlk seçim mərhələsi Lənkəranda baş tutub.  

22 komandanın iştirak etdiyi yarış maraqlı mübarizəylə yadda qalıb. Sonda "Lenko" komandası qalib olub. 

Finalda "Viləş"lə qarşılaşan "Lenko"nun oyunçuları qələbədən sonra təəssüratlarını bölüşüblər. Onlar əvvəldən güclü rəqiblə mübarizədə qalib gələcəklərinə o qədər də inanmadıqlarını bildiriblər.

"Finalda rəqibdən çəkinirdik. Bununla belə qalib gəlməyi bacardıq. Bundan sonra istənilən rəqiblə oyuna özümüzü hazır sayırıq" — "Lenko"nun oyunçusu Elvin Quluzadə deyib. 

Qeyd edək ki, Lənkəran seçiminin qalibini milli final gözləyir. Həlledici mərhələdə Azərbaycanın müxtəlif bölgələrindən olan komandalar yarışacaq.

Turnirin yaş həddi 18-25 olsa da, bu il ilk dəfə hər komandada 2 oyunçunun yaşının 25-dən yuxarı olmasına icazə verilib. 

Neymar Jr’s Five futbol turniri
© Photo : WWW.REDBULL.COM
"Neymar Jr’s Five" futbol turniri

Ümumilikdə 100-dən çox komandanın iştirak etdiyi futbol turnirinin qalibi "Neymar Jr’s Five" yarışının Dünya Finalına vəsiqə qazanacaq. Ölkəmizdə seçim mərhələləri Lənkəranla yanaşı Şəki, Gəncə, Quba və Bakı şəhərlərində keçiriləcək. Milli final isə mayın 6-da Bakıda təşkil olunacaq.

Qeyd edək ki, Dünya Finalı Neymarın vətəni Praya-Qrandidə, "Instituto Projeto Neymar Jr" stadionunda keçiriləcək.

Turnirdə iştirak edə bilmək üçün bu ünvanda qeydiyyatdan keçmək lazımdır.  

69
Teqlər:
"Instituto Projeto Neymar Jr" stadionu, "Neymar Jr’s Five" futbol turniri, Futbol turniri, "Lenko" klubu, "Viləş" klubu, Elvin Quluzadə, Neymar, Praya-Qrandi, Lənkəran, Gəncə, Şəki, Azərbaycan, Bakı
Əlaqədar
Ulduz futbolçu idmandan kənarlaşdırıla bilər
Bu klubun milyarder sahibi “Fənərbağça”lı futbolçuya sərvət təklif etdi
Bu futbol yığmaları Bakıya gələcəklər