Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənc (21 yaşadək) taekvondoçular arasında Avropa Birinciliyi

İdmançımız bürünc medal qazandı

16
58 kq çəki dərəcəsində Fizam Mehtiyev Avropa üçüncüsü olub

BAKI, 7 apr — Sputnik. Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənc (21 yaşadək) taekvondoçular arasında Avropa Birinciliyi davam edir. Taekvondo Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çempionatın birinci günü iki taekvondoçumuz yarışıb. 

Komandamıza ilk medalı Fizam Mehtiyev qazandırıb. 58 kq çəki dərəcəsində qitə birinciliyinə qatılan F.Mehtiyev Ermənistan təmsilçisi Albert Hovannisyanı böyük hesabla (23-3) məğlub edib. Növbəti mərhələdə yerli taekvondoçu Koloyan Binevi də (8-5) yarışdan kənarlaşdıran idmançımız ukraynalı İqor Poyedynoka da qalib gələrək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda Dmitri Naqayevlə (İsrail) gərgin keçən döyüşün əsas vaxtı bərabər hesabla bitsə də, təmsilçimiz “qızıl xal”da məğlub olaraq bürünc medala layiq görülüb.

Digər idmançımız Paniz Esmaeilpour (-46 kq) ilk  döyüşündə israilli idmançı Abishaq Semberqlə əsas vaxtı bərabər başa vursa da, döyüşü "qızıl xal"la əldən verib və yarışı erkən başa vurub.

Xatırladaq ki, komandamız Avropa birinciliyinə 7 taekvondoçu ilə qatılıb. Yarışa 9 aprel tarixində yekun vurulacaq. 

16
Teqlər:
Taekvondo üzrə Avropa birinciliyi, Taekvondo Federasiyası, Albert Hovannisyan, Dmitri Naqayev, Paniz Esmaeilpour, Fizam Mehtiyev, Bolqarıstan, Sofiya
Əlaqədar
Lənkəranlı taekvondoçu Avropadan qızıl medalla qayıtdı
İranın gənc taekvondoçularının lideri Lənkəranda məşq keçir
Lənkəranlı taekvondoçu beynəlxalq turnirdən medalla qayıtdı
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

21
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

21
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Министерство труда и социальной защиты населения

Ünvanlı sosial yardım necə təyin edilir - VİDEO

0
Ünvanlı sosial yardıma müraciət proseduru ilə bağlı bir çox sualları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanıb.

BAKI, 17 yanvar - Sputnik. "Ünvanlı sosial yardım almaq üçün hara müraciət etməliyəm?", "Ünvanlı sosial yardım almaq üçün hansı sənədlər tələb edilir?".

Sputnik Azərbaycan xəbər verir ki, ünvanlı sosial yardıma müraciət proseduru ilə bağlı bir çox sualları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanıb. Videoçarxda e-sosial.az portalı vasitəsilə ünvanlı sosial yardıma müraciət qaydası izah olunur.

0