28 may küçəsində nəqliyyatın hərəkəti, arxiv şəkli

Mayın 1-dən 25-nə kimi bu küçələrə çıxmayın

355
(Yenilənib 18:39 03.04.2017)
IV İslam Oyunlarında Bakıda hərəkət zolaqları tətbiq ediləcək küçələrin siyahısı açıqlanıb

BAKI, 3 apr — Sputnik. May ayında keçiriləcək IV İslam Oyunları zamanı Azərbaycan paytaxtında hərəkət zolaqları tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Salyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesində ayrılacaq hərəkət zolaqlarında nəqliyyatla İslam Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar daşınacaq: "Yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq, yalnız xüsusi buraxılışı olan nəqliyyat vasitələri, xüsusi loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarla hərəkət edə biləcək".

K. Əliyev bildirib ki, əgər digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olacaqlarsa, onlar inzibati məsuliyyətə cəlb olunacaq: "Bu zolaqlara 24 saat nəzarət olunacaq. Sürücülər mayın 1-dən 25-nə kimi zolaqlara çıxmasınlar".

IV İslam Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

355
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

149
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

149
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

7
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

7
Cəbhə bölgəsində kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev, arxiv şəkli

MN: Ermənistan Goranboy rayonunu atəşə tutub

0
(Yenilənib 19:21 28.09.2020)
AR Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: "Düşmən Goranboy rayonu ərazisini atəşə tutub".

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Goranboy rayonu ərazisini atəşə tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.

Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

0