Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna "Avroviziya"dan kənarlaşdırıla bilər

© Sputnik / Alexey Filippov / Mediabanka keçidПевица Юлия Самойлова, представитель России на международном песенном конкурсе "Евровидение-2017", в аэропорту "Шереметьево"
Певица Юлия Самойлова, представитель России на международном песенном конкурсе Евровидение-2017, в аэропорту Шереметьево - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Yayım Birliyi Ukraynaya qarşı sanksiya tətbiq edə bilər

BAKI, 29 mart — Sputnik. Avropa Yayım Birliyi (EBU) Rusiyanı təmsil edən namizədlə bağlı vəziyyət aydınlaşmazsa, Ukraynanı Avroviziya-2017 musiqi müsabiqəsindən kənarlaşdıracağını istisna etməyib. Bu barədə EBU sədri İnqrid Deltenre İsveçrənin Blick nəşrinə bildirib.

"Belə davranış tamamilə yolverilməzdir. Avroviziyanın siyasi oyunlarda istifadə olunmasından dərin təəssüf hissi keçirirəm" — o deyib.

Deltenre hazırda Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysmanla məsələnin "dinc yolla" həll olunması üçün danışıqlar apardığını bildirib.

Bu il Ukraynada keçiriləcək Avroviziya müsabiqəsində Rusiyanı Yuliya Samoylova təmsil etməlidir. Lakin Ukrayna Təhlükəsizlik Xidməti Samoylovanın 2015-ci ildə Krımda çıxış etməsini əsas gətirərək onun ölkəyə girişini 3 il müddətinə qadağan edib.

Xəbər lenti
0