Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

144 qadın və 180 kişi gücünü sınayacaq

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidAğır atletika məşqləri. Arxiv şəkli
Ağır atletika məşqləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xorvatiyanın Split şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək

BAKI, 27 mart — Sputnik. Ağır atletika üzrə milli komandamız Avropa çempionatında iştirak edəcək. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2-8 aprel tarixlərində Xorvatiyanın Split şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Yarışda 42 ölkədən 324 atlet (144 qadın və 180 kişi) iştirak edəcək. Azərbaycanı Avropa çempionatında Məmmədli Məhəmməd (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılov (94 kq) təmsil edəcək.

Xəbər lenti
0