Rüstəm Orucov və Elmar Qasımovun iştirakı ilə cüdo üzrə master klaslar

Səfirlərdən gənclərə dəstək

16
(Yenilənib 19:50 22.03.2017)
Bakı 2017 Oyunlarının Atlet Səfirləri gənclərə dəstək olur

BAKI, 22 mart — Sputnik. Mart ayının 13-dən başlayaraq idmançı atletlər tərəfindən Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları "Domestic Grassroots" proramı çərçivəsində üç idman növü üzrə master klasslar həyata keçirilib. Bakı İslam Oyunlarının mətbuatla əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, üç gün davam edən master klasslarda iştirak etmək üçün azarkeşlər Bakı 2017 rəsmi "Facebook" səhifəsində yerləşdirilən suallara düzgün və cəld cavab verməli idilər. Naticədə, qalib gələn şəxslər master klasslara qatılmaq imkanı əldə ediblər.

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
© Official website of President of Azerbaijan Republic

Bundan başqa, master klasslarda hər bir idman növü üzrə yeniyetmə idmançılar da iştirak ediblər. 13-15 Mart tarixlərində idman səfirlərimiz tərəfindən aparılan master klass ilk olaraq cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımovun iştirakı ilə cüdo üzrə Neftçi Təlim Bazasında baş tutdu.

Növbəti gün güləşçi Hacı Əliyev tərəfindən Olimpiya Güləş Mərkəzində güləş idmanının sirləri iştirakçılara öyrədildi. 15 mart tarixində idmançı səfir Ruslan Abışov təfərindən Bayıl Arena stadionunda master klass həyata keçirildi. Master Klassların sonunda isə bütün iştirakçılar sertifikatlarla təltif olundu.

İdmançılar Elmar Qasımov və Rüstam Orucov belə bir şansın onlara verildiyi üçün məmnun olduqlarını və eyni zamanda "Grassroots Proqramı" çərçivəsində bu səpkili layihələrin davamlı olacağını qeyd etdilər.

Qeyd edək ki, master klassların məqsədi Bakı 2017 İdmançı Səfirlərini öz azərkeşləri ilə görüşdürmək və bununla da yeniyetmə və gənc idmançılara karyeralarında dəstək verməkdir. Domestic Grassroots proqramının əsas mesajını daşıyan bu layihədə seçilmiş gənclər layihədə zövq aldıqlarını bildiriblər.

16
Teqlər:
master klass, "Domestic Grassroots", 4-cü İslam Həmrəyliyi Oyunları, Bakı 2017, idmançı atletlər
Əlaqədar
Ekspert: “İslam dünyasının həmrəy olmasına mane olan səbəblər çoxdur”
İslam Həmrəyliyi Oyunları belə təşkil olunacaq
İslam Oyunlarının maskotları təqdim olundu
İslam Oyunlarının səfirləri məlum oldu
İslam Həmrəyliyi Oyunlarına biletlər bu tarixdən satışda olacaq
İslam Oyunlarının ilk sponsoru bəlli oldu
AVRO 2020-nin loqosu loqosu, arxiv şəkli

AVRO-2020-nin keçirilməsi ilə bağlı üç senari açıqlandı

9
(Yenilənib 20:58 01.12.2020)
UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Futbol üzrə Avropa Çempionatının – AVRO-2020-nin Rusiya hissəsinin təşkilat komitəsinin baş katibi Aleksey Sorokin turnirin keçirilməsi üçün 3 ssenarini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Sorokin bildirib ki, AVRO-2020 tam miqyasda, stadiona məhdud şəkildə azarkeşlər buraxılmaqla və ya tam olaraq azarkeşsiz keçirilə bilər.

Onun sözlərinə görə, UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

AVRO-2020 ötən ilin yayında Avropanın 12 şəhərində keçirilməli idi. Pandemiya səbəbində turnir 2021-ci il 11 iyun - 11 iyul aralığında keçiriləcək. Oyunları Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidirlər. Hər iki yarımfinal və final oyunları Londonun "Uembli" stadionunda olmalıdır. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu və 1/4 finalın bir görüşü keçirilməlidir.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rüstəm Muradov ilə görüşüb

1
(Yenilənib 12:21 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

1