Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Maşinist Kosa və bələdçi Keçəl

© Photo : Azərbaycan Dəmir Yolları QSCBakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib
Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib

BAKI, 17 mart — Sputnik. Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində — 20-27 mart 2017-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilir. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, martın 17-də sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib. Şənliyin iştirakçıları sərnişinlərə maraqlı səhnəciklər, musiqilər təqdim etdilər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərdə əsil bayram əhvali-ruhiyyəsi yaşatdı.

Sonra bayram tədbiri Bakı sərnişin stansiyasının kassa və gözləmə zallarında davam etdirilib.

Xəbər lenti
0