Devid Kulthard

"Formula-1"in əfsanəsi Bakıdadır

32
(Yenilənib 10:34 16.03.2017)
Kulthard yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı Şəhər Halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerlərinə nəzər salıb

BAKI, 15 mart-Sputnik. Dünya şöhrətli "Formula 1" pilotu Devid Kulthard 23-25 iyun tarixlərində Bakıda ikinci dəfə keçiriləcək Qran Pri yarışına hazırlıqların görüldüyü ərəfədə ölkəyə səfər edərək "Formula 1"in ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.

Sputnik Azərbaycan xəbər verir ki, Devid Kulthard Bakı səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı Şəhər Halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerlərinə nəzər salıb. "Formula 1" yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran Prisindən bir həftə öncə baş tutan bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırladıb və o, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı Şəhər Halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirib. 

Williams, McLaren və Red Bull komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan "Formula 1" yarışını fərqləndirən əsas məqamları nəzərdən keçirib. Dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə yaxından tanış olub. O həmçinin trekin Qız Qalasının qarşısından keçən hissəsinə — 18-ci döngəyə və eyni zamanda trekin iki istiqamətli hissəsinə də baxış keçirib. Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də olub. 

Onu da qeyd edək ki, ötən il Williams komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasına ən sürətli şəhər treki ünvanını qazandırmışdı, qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi 378 km/saat təşkil etmişdi.  

Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirib: “2017 "Formula 1 Azərbaycan Qran Prisi" öncəsində Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəm idi və bu, ötən il Bakıda birinci dəfə keçirilmiş "Formula 1" yarışı ərəfəsində bura etdiyim səfər zamanı yaranmış ilkin təəssüratlarımı bir daha təsdiqlədi. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri və həmçinin özündə daşıdığı şərq və qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Mən tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti "Formula 1" yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizəyə şahid olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.

32
Mövzu:
Formula 1 Azərbaycan Qran-Prisi (26)
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ"da koronavirusa yoluxan futbolçuların sayı artıb

18
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"da daha beş futbolçunun koronavirus testi müsbət çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.

Məlumata görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib
Testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçunun - Mahir Emreli Abbas Hüseynovun - müalicələri davam etdirilir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da koronavirusa yoluxub. 

18
Teqlər:
test, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Qarabağ - Makkabi oyunu

"Qarabağ" İsraildə ilk xalını qazandı

37
(Yenilənib 00:38 04.12.2020)
“Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda meydana çıxıb.

İlk 4 görüşdə uduzduqdan sonra İ qrupunda sonuncu yeri tutduğu rəsmiləşən Qurban Qurbanovun yetirmələri İsrailin “Makkabi” klubu ilə görüşüb. Cari mövsümdə avrokuboklarda son ev matçını keçirən təmsilçimiz Təl-Əviv klubunu da İstanbuldakı “Başakşəhər Fatih Teim” stadionunda qəbul edib.

Baş məşqçi Qurban Qurbanov və əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğu üçün qardaş ölkəyə böyük itkilərlə yollanan “Qarabağ” turnirdə ilk xalını qazanıb. Qarşılaşmada hər iki qol ilk 45 dəqiqədə vurulub.

Komandamız hissənin ortalarında qapısında qol görüb. İsrail təmsilçisi penalti ilə hesabı açıb. Ağdamlılar ilk yarı başa çatmamış hesabda tarazlıq yaradıblar. Xayme Romero bərabərlik qoluna imza atıb. 

Qrupun digər oyununda “Sivasspor” Türkiyədə “Vilyareal”ı qəbul edib. İspaniya təmsilçisi 1 qolla səfər qələbəsi qazanıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar.

Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:  Xayme Romero, 37 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis

37
Teqlər:
UEFA Avropa Liqası, "Makkabi" FK (Tel-Əviv), Qarabağ FK
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq