Elmar Qasımov Niderland cüdoçusu Mixael Korrelə

Cüdoçumuz finalda Niderland idmançısına uduzdu

9
(Yenilənib 19:43 12.03.2017)
Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib

BAKI, 12 mart — Sputnik. Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirinin gümüş medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Rio Olimpiadasının ikincisi olan E.Qasımov turnirdəki görüşlərinə dörddəbir final mərhələsindən başlayıb. O, israilli Peter Paltçik ilə qarşılaşmada rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədovu məğlub edən E.Qasımov yarışların finalına yüksəlib. 

Həlledici qarşılaşmada idmançımız Niderland cüdoçusu Mixael Korrelə “Qızıl xalla” məğlub olaraq turnirin gümüş medalına yiyələnib.

9