Bakıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş

Növbəti veloyürüş keçirilib

19
Start və finiş nöqtəsi Azneft Meydanı olan yürüşdə 100-ə yaxın xanım velosipedçi iştirak edib

BAKI, 9 mart — Sputnik. "Cyclemania Lady" və "Velo Səhərlə" qruplarının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 8 Mart — Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş keçirilib.

Federasiyanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, start və finiş nöqtəsi Azneft Meydanı olan yürüşdə 100-ə yaxın xanım velosipedçi iştirak edib. Bundan başqa, AzVİF-in tərkibində fəaliyyət göstərən klub və cəmiyyətlərin velosipedçi qızları da bayram yürüşünə qoşulublar.

  • Bakıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş
    Bakıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş
    © Photo : AzVİF mətbuat xidməti

1 / 13
© Photo : AzVİF mətbuat xidməti
Bakıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş veloyürüş

19
Teqlər:
Azneft meydanı, Veloyürüş, Beynəlxalq Qadınlar Günü, Azərbaycan Velosiped İdmanı Federasiyası
Əlaqədar
"Kişilərdən zəifəm, amma qadınlar arasında özümü güclü hiss edirəm"
Beynəlxalq Qadınlar gününü harada və necə qeyd edirlər
Beynəlxalq Qadınlar Günü
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir
Oktaqona ümumi baxış, arxiv şəkli

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

2
(Yenilənib 15:05 07.08.2020)
Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

2
Roy Cons, arxiv şəkli

Dişləyə bilər. Mayk Taysonun rəqibinin qulaqları sığortalanacaq

14
(Yenilənib 15:36 05.08.2020)
1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb

BAKI, 5 avqust — Sputnik. Keçmiş mütləq dünya çempionu Roy Consun qulaqları həmvətəni Mayk Taysonla döyüşdən əvvəl sığortalana bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Consun meneceri Colt Barnanın belə bir niyyəti var.

Barnanın fikrincə, "mümkün kazusu" nəzərə almaq lazımdır.

1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb.

Holifild və Tayson 1996-cı ildən 1997-ci ilə qədər iki döyüş keçiriblər. Hər ikisində Holifild qalib gəlib. O, birinci döyüşün 11-ci raundunda Taysonu nokauta göndərib. İkinci döyüşdə isə rəqibinin qulağını dişlədiyinə görə Tayson diskvalifikasiya olunub.

Bu il iyulun 21-də 54 yaşlı Mayk Tayson 51 yaşlı keçmiş mütləq dünya çempionu Roy Consonla döyüşəcəyini bildirib. Döyüş sentyabrın 12-də Kaliforniyada keçiriləcək. Duelin səkkiz raundlu olması planlaşdırılır.

Tayson xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istəyi barədə aprelin sonlarında danışıb. Amerikalı 2005-ci ildən döyüşlərdə olmayıb. Onun hesabına 58 duel var. O, onlardan 50-də qazanıb.

14
Mingəçevirdə tapılan filin qalıqları

Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi

3
(Yenilənib 16:05 07.08.2020)
Azərbaycanda bitən bu ağacdan tüfəng qundağı düzəltmək üçün 67 il əvvəl rus əsgərləri onu kəsib Tula şəhərinə göndəriblər

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mingəçevirdə suyun altından daşlaşmış ağac parçası tapılıb. Suda çürümədən illərlə qalıb daşa dönən ağac qalığı Mingəçevir su anbarının ərazisində aşkarlanıb. Anbarda suyun azalması nadir tapıntını üzə çıxarıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət edən Mingəçevir şəhər sakini, ixtisasca rəssam heykəltəraş olan Böyükkişi Adilbəyli ölkədə ilk dəfə olaraq belə bir ağac qalığının tapıldığını iddia edib. O, daşlaşmış ağacın necə tapıldığından danışıb: “Yaxın dostlarım anbarın ətrafında ocaq qalayan zaman onu aşkarlayıblar. Bu zaman daşlaşmış ağac parçası ağır olması və yanmaması ilə onların diqqətini çəkib. Gətirib mənə verdilər, gördüm ki, unikal tapıntıdır. İnternetdə araşdırma apardım, qarşıma daşlaşmış ağacın yalnız Amerikanın Arizona ştatında tapıldığı çıxdı. Ölkəmizdə bu bir ilkdir”.

B.Adilbəyli ağacın çürüməməsini isə oksigenin təsirinə məruz qalmaması ilə izah edib. Onun fikrincə, ağac hava görmədiyindən daşlaşıb. O, ağacın tapıldığı əraziyə gedib onun digər qalıqlarını da aşkarlamaq fikrindədir.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Şəhər sakini ağacın növündən də danışıb: “Mənim bildiyimə görə, hazırda su anbarının altında qalan Samux ərazisində saxsı (saqqız) deyilən ağaclar bitib. Bu daşlaşmış ağac da həmin bitkinin qalıqlarındandır. Bu ağaclar çox möhkəm olur. Hətta eşitdiyimə görə, su anbarı tikilən zaman Kür çayının qarşısı kəsiləndə (1953-cü ildə) Samux meşəsində bu ağaclardan lap çox olub. Bu zaman rus əsgərləri həmin ağacları kəsib, nömrələyərək Rusiyanın Tula şəhərinə tüfəng qundağı düzəltmək üçün göndəriblər”.

Tapılan daşlaşmış ağac parçasının çəkisi 3 kq-dan artıq, uzunluğu 40 sm, eni 12, qalınlığı isə 5 sm-ə yaxındır. Rəssam heykəltəraş Böyükkişi Adilbəyli su anbarından tapılan eksponatın araşdırılması üçün mütəxəssislərə müraciət edib: “Onsuz da bunu gələcək nəsillərin görməsi üçün ekologiya və ya digər muzeylərdən birinə təqdim edəcəm. Azərbaycanın zəngin flora və faunasının olduğunu göstərəcəm. Amerikanın Arizona ştatında böyük bir sahədə muzey yaradıblar və ora gələnlər bir nəfər üçün 20 dollar pul ödəyirlər ki, ağac eksponatlara baxsınlar. Bu eksponatlar artıq Azərbaycanda mövcuddur”.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Qeyd edək ki, Mingəçevir su anbarının ərazisində bir neçə il öncə də maraqlı eksponatlar tapılıb. Onlar arasında cənub filinin, digər nəhəng heyvan sümüklərinin qalıqları aşkarlanıb. Hazırda həmin əşyalar Mingəçevirdə yerləşən muzeylərdə qorunur.

3