Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev

İslamiada fərqli olacaq ölkəyə müsəlman turistlər axışacaq

37
Xəzər İsayev: "İslam Həmrəyliyi Oyunları I Avropa Oyunları səviyyəsində olmasa da, ona yaxın və bərabər bir idman yarışı olacaq"

BAKI, 23 fev — Sputnik. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev 12-22 may tarixlərində Bakıda keçiriləcək İslam Həmrəyliyi oyunları haqqında fikirlərini Sputnik Azərbaycan-a bildirib.

Xəzər İsayev qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarından qələbələr gözləyir: "Biz bütün yarışlara yalnız qələbə qazanmaq ümidi ilə gedirik. Ümid edirəm ki, bu oyunlarda da idmançılarımız qalib gələcək və uğurları ilə bizləri sevindirəcəklər".

Azərbaycan idmanında böyük inkişafın olduğunu vurğulayan İsayevə görə, artıq hər bir idman növündən medal gözləyirlər: "Hətta Olimpiya Oyunlarında bir neçə yeni idman növündən medal qazanmağımız buna bariz nümunədir".

"İslam Həmrəyliyi Oyunları daha güclüdür, yoxsa, Avropa Oyunlarında rəqabət daha çox idi" sualına vitse-prezident belə cavab verib: "İslam Oyunlarında dünyanın bütün müsəlman dövlətlərinin iştirakı nəzərdə tutulur ki, bu da daha çox ölkənin təmsil olunması deməkdir. Amma I Avropa Oyunları daha güclüdür. İslam Həmrəyliyi Oyunları Avropa Oyunları səviyyəsində olmasa da, ona yaxın və bərabər bir idman yarışı olacağı gözlənilir".

İsayev bildirib ki, İslam Oyunlarında yarış mədəniyyəti daha fərqli olacaq: "Azərbaycan da müsəlman dövləti olduğundan, bu mədəniyyət bizə yaxın və doğmadır. Ona görə də, İslamiada bir qədər fərqli, İslam mədəniyyətinə uyğun idman yarışı olacaq."

Xəzər İsayev əmindir ki, İslam Oyunları Azərbaycana müsəlman dövlətlərindən daha çox turist axınına səbəb olacaq.

37
Teqlər:
I Avropa Oyunları, Xəzər İsayev, İslam Həmrəyliyi Oyunları, müsəlman, İslam, turist, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan
Əlaqədar
İslam Oyunlarının maskotları təqdim olundu
İslam Oyunlarının səfirləri məlum oldu
İslam Həmrəyliyi Oyunlarına biletlər bu tarixdən satışda olacaq
İslam Oyunlarının ilk sponsoru bəlli oldu
İslam Həmrəyliyi Oyunları zamanı əsas TV yayımını bu şirkət həyata keçirəcək
Boksçu, arxiv şəkli

Azərbaycan idmançılarının Tokio gündəliyi: boksçularımızdan ilk qələbə

10
Tayfur Əliyevin ardınca Lorenso Sotomayor da rinqdə sözünü deyə bilməyib. Üzgüçülükdə iki təmsilçimiz sondan dördüncü yeri tutub. Məhəmməd Abdullayev isə 1/8 finala adlayıb.

BAKI, 24 iyul - Sputnik. Boksçu Məhəmməd Abdullayev Azərbaycandan olan dəri əlcək ustaları arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. Sputnik Azərbaycan-ın məlumatına görə, şənbə günü, iyulun 24-də Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən idmançımız qalib ayrılıb. 

91 kq çəki dərəcəsində 1/16 finaldakı görüş 3:1 hesabı ilə Abdullayevin xeyrinə bitib. 

O, ilk iki raundu udub, sonuncuda uduzsa da, görüşün qalibi olub. 1/4 finalda Abdullayev Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək.

----------

16:13

Azərbaycanın daha bir boksçusu Tokio Yay Olimpiadasını tərk edib.

Sputnik Azərbaycan bildirir ki, titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayor (69 kq) 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzub. 

Görüş üçüncü raundda Sotomayorun zədə alması səbəbindən dayandırılıb (qanaxma). Ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

Bu gün daha bir boksçumuz rinqə çıxacaq. 91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev Bəhreyn təmsilçisi Denis Latipovla qarşılaşır. 

1/16 mərhələdə 57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev də hakimlərin mübahisəli qərarından sonra çıxışını dayandırmışdı. O, Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı döyüşürdü. Sonda nokdauna düşməsinə rəğmən beş hakimdən dördü ilk raundda Əliyevi qalib hesab etdi. Ancaq ikinci raundda Tayfurun rəqibindən geri qalmamasına rəğmən bütün hakimlər qələbəni vyetnamlıya verdilər. 

Üçüncü raundda Əliyev azacıq önə çıxsa da, ümumi hesabda Nquen qalib olub (2:3).

Üzgüçülərimiz də uduzdular 

Üzgüçülər Maksim ŞemberevMəryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

10
Teqlər:
üzgüçülük, boks, Tokio Yay Olimpiya Oyunları
Azərbaycan nümayəndə heyəti Tokioda Olimpiya kəndində

Olimpiadanın açılışında Azərbaycandan neçə idmançı iştirak edir?

31
(Yenilənib 15:21 23.07.2021)
Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi Tokiodakı Olimpiya kəndində ölkəmizi təmsil edən idmançıların yaşayış şəraiti ilə tanış olub və onlara məsləhətlərini veriblər.

BAKI, 23 iyul — Sputnik. Tokio Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın otuza qədər idmançısı iştirak edəcək. Sputnik Azərbaycan Milli Olimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, bu sözləri qurumun vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarla görüşü zamanı deyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev Tokioda Olimpiya kəndinə səfər ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşən Çingiz Hüseynzadə və Azər Əliyev yerli şərait, idmançıların hazırlığı ilə tanış olublar.

© Photo : National Olympic Committee of Azerbaijan
Azərbaycan nümayəndə heyəti Tokioda Olimpiya kəndində

"Çətindir, bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. İnanıram ki, yaxşı olacaq. Sizə uğurlar arzulayıram. Hamınızdan yaxşı nəticələr gözləyirik", - deyə Hüseynzadə bildirib.

"Bizim idmançılar da paraddan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız - güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları olimpiadanın son günlərində olacaq. Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək", - deyə Hüseynzadə bildirib.

© Photo : National Olympic Committee of Azerbaijan
Azərbaycan nümayəndə heyəti Tokioda Olimpiya kəndində

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Həmçinin oxuyun:

31