Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesinə başlayıb

Qeydiyyat prosesinə start verildi

408
(Yenilənib 22:05 20.02.2017)
Növbəti "Formula 1" yarışı üçün yerli media nümayəndələrinin qeydiyyatı prosesinə start verilib

BAKI, 20 fev — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında, 23-25 iyun tarixlərində, Bakıda ikinci dəfə keçiriləcək "Formula 1 Azərbaycan Qran Prisi" üçün yerli medianın akkreditasiya prosesini açıq elan edir. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışa qeydiyyat prosesi barəsində ətraflı məlumat vermək məqsədilə əməliyyat şirkəti fevralın 20-də, “Hilton Baku” otelində media nümayəndələri ilə görüş keçirib. Görüşdə jurnalistlərə Azərbaycanda növbəti dəfə baş tutacaq "Formula 1" yarışına akkreditasiyaya dair onlayn portal və media bələdçisi təqdim olunub, qeydiyyat prosesi ilə bağlı iştirakçıları maraqlandıran bütün suallara aydınlıq gətirilib. 

  • Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula 1 Azərbaycan Qran Prisi" üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    © Photo : Bakucitycircuit
  • Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula 1 Azərbaycan Qran Prisi" üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    © Photo : Bakucitycircuit
  • Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula 1 Azərbaycan Qran Prisi" üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    © Photo : Bakucitycircuit
  • Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula 1 Azərbaycan Qran Prisi" üçün yerli medianın akkreditasiya prosesinə başlayıb
    © Photo : Bakucitycircuit
1 / 4
© Photo : Bakucitycircuit
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti "Formula 1 Azərbaycan Qran Prisi" üçün yerli medianın akkreditasiya prosesinə başlayıb

Məlumata görə, "Formula 1 Azərbaycan Qran Prisi" daxil olmaqla bütövlükdə 2017-ci il FIA "Formula 1" Dünya Çempionatının hər bir yarışı üçün medianın akkreditasiyası prosesi Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur və müraciət edən Kütləvi İnformasiya Vasitələrinin (KİV) növündən asılı olaraq üç şəkildə həyata keçirilir:

BŞH vasitəsilə onlayn akkreditasiya: Yalnız "Formula 1 Azərbaycan Qran Prisi"nə media akkreditasiyası almaq istəyən yerli KİV-ə: qəzet, jurnal, televiziya, radio, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur.

FIA-nın rəsmi vebsaytı vasitəsilə onlayn akkreditasiya: Bu, 2017-ci il FIA "Formula 1" Dünya Çempionatının digər yarışlarına qeydiyyat üçün müraciət edən bütün yerli və beynəlxalq KİV-ə, o cümlədən qəzet, jurnal, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur. 

Hər hansı bir kütləvi informasiya vasitəsini təmsil etməyən fotoqraflar bir qayda olaraq yarışın kommersiya hüquqlarına nəzarət edən quruma – FOM-a müraciət etməlidirlər. Bunun üçün gərəkli olan məlumatlar BŞH akkreditasiya veb səhifəsində ətraflı göstərilib. 

Qeyd edək ki, yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın 31-i, saat 17:00-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər https://www.bakucitycircuit.com/az/media/media-accreditation keçidi vasitəsilə BŞH rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

408
Teqlər:
Formula 1 Azərbaycan Qran Prisi, Hilton Baku” oteli, Beynəlxalq Avtomobil Federasiyası, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
Əlaqədar
İl ərzində 500 milyon insan Formula 1 yarışını izləyir
"Formula 1"in sosial-iqtisadi faydaları müzakirə olunacaq
“Formula-1” rəhbəri istefaya göndərilib
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

34
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

34
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0