Azərbaycan gimnastı İlya Qrişunin

Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı

169
İlya Qrişunin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medala sahib olub

BAKI, 19 fev — Sputnik. Azərbaycan gimnastı İlya Qrişunin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, o, batut gimnastikası üzrə fərdi çıxışlarda 59.890 bal toplayaraq ikinci pilləyə yüksəlib.

Rusiyalı gimnast Mixail Melnik 60.535 balla birinci, portuqaliyalı Dioqo Abreu isə 59.085 balla üçüncü olub. Bununla da Bakıda Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları başa çatıb. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edib.

Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.

  • Mixail Malkin
    Mixail Malkin
    © Sputnik / Murad Orujov
  • Svetlana Makştarova və Veronika Zemlyanaya
    Svetlana Makştarova və Veronika Zemlyanaya
    © Sputnik / Murad Orujov
  • Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda gümüş medala sahib olublar
    Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda gümüş medala sahib olublar
    © Sputnik / Murad Orujov
  • Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda gümüş medala sahib olublar
    Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda gümüş medala sahib olublar
    © Sputnik / Murad Orujov
1 / 4
© Sputnik / Murad Orujov
Mixail Malkin

169
Teqlər:
İlya Qrişunin, gimnast, gimnastika, medal, Azərbaycan
Əlaqədar
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verildi
Gimnastlarımız dünya kuboku uğrunda yarışıblar
Batut gimnastikası üzrə Dünya Kubokuna start verilir
Azərbaycan Gimnastika Federasiyası beynəlxalq reytinq siyahısına daxil edilir
Bədii gimnast Marina Durundadan gümüş medal!
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Bakıda keçiriləcək AVRO-2020 1/4 final qarşılaşmasında kimlər oynayacaq

1390
(Yenilənib 14:29 24.06.2021)
Qrup mərhələsində Bakı Olimiya stadionunda iki oyun keçirmiş futbol üzrə Uels millisi 1/4 finalda yenidən Azərbaycan paytaxtına gələ bilər.

BAKI, 24 iyun — Sputnik. 2020-ci il Avropa çempionatının qrup mərhələsi başa çatdıqdan sonra həmçinin Bakıda dörddə bir finalda oynaya biləcək yığma komandalar müəyyən olunub. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Olimpiya stadionunda iyulun 3-də keçiriləcək oyunda Uels-Danimarka və Niderland-Çexiya 1/8 final cütlüklərinin qalibləri qarşılaşa bilərlər.

Beləliklə, əgər Uels yığması Danimarka yığmasına 1/8 finalda qalib gələrsə, o zaman "A" qrupunda iki oyun keçirdiyi və qrup ikincisi olduğu Bakıya qayıda bilər.

Qeyd edək ki, Danimarka millisi pley-off mərhələsinə "B" qrupunda üçüncü yerdən vəsiqə qazanıb.

Öz növbəsində Niderland yığması "C" qrupunda bütün qarşılaşmaları qalibiyyətlə başa vuraraq birinci olub. Çexiya yığması isə pley-off mərhələsinə "D" qrupunda üçüncü yerdən yüksəlib.

Uels və Danimarka yığmaları arasında AVRO-2020 1/8 final qarşılaşması iyunun 26-da Amsterdamda, Niderland-Çexiya qarşılaşması isə iyunun 27-də Budapeştdə keçiriləcək.

1/8 finalın qalan oyunlarının qrafiki isə aşağıdakı kimidir:

İtaliya-Avstriya (26 iyun), Belçika – Portuqaliya (27 iyun), Xorvatiya – İspaniya (28 iyun), Fransa – İsveçrə (28 iyun), İngiltərə – Almaniya (29 iyun), İsveç – Ukrayna (29 iyun).

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, iyulun 3-də isə burada AVRO-2020 1/4 final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Eləcə də oxuyun:

  • Ronaldu yığma komandaların heyətində vurulan qollara görə dünya rekordunu təkrarladı

  • AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

  • İspanlar slovakları darmadağın edərək AVRO-2020 pley-off mərhələsinə adladılar

1390
Teqlər:
Bakı, 1/4 final, AVRO-2020
AVRO-2020-nin emblemi

AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

3634
(Yenilənib 10:32 24.06.2021)
Futbol üzrə Avropa çempionatının pley-off mərhələsinin birinci raundu şənbə günü, iyunun 26-da start götürür.

11 şəhərdə keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin bütün qarşılaşmaları məlum olub.

İyunun 23-də AVRO-2020-nin qrup mərhələsi başa çatıb. 1/8 final Amsterdamda Danimarka-Uels və Londonda İtaliya-Avstriya oyunları ilə start götürür.

Avropa çempionatının 1/8 finalının digər cütlükləri belədir:

27 iyun

Niderland - Çexiya (Budapeşt)

Belçika - Portuqaliya (Sevilya)

28 iyun

Xorvatiya - İspaniya (Kopenhagen)

Fransa - İsveçrə (Buxarest)

29 iyun

İngiltərə - Almaniya (London)

İsveç - Ukrayna (Qlazqo)

3634
“Mədəniyyət naminə sülh” qlobal kampaniyasının təqdimatı

"Mədəniyyət naminə sülh" qlobal kampaniyasının təqdimatı keçirilib

0
(Yenilənib 21:35 24.06.2021)
"Mədəniyyət naminə sülh" layihəsinin təqdimatında mədəniyyət naziri Anar Kərimov bildirib ki, Sülh və sülhə aparan yolun bizim üçün aydındır. Burada beynəlxalq əməkdaşlıq böyük önəm kəsb edir.

BAKI, 24 iyun — Sputnik. İyunun 23-də Beynəlxalq Muğam Mərkəzində "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Mədəniyyət naminə sülh" layihəsinin təqdimatında mədəniyyət naziri Anar Kərimov bildirib ki, sülh və sülhə aparan yolun bizim üçün aydındır. Burada beynəlxalq əməkdaşlıq böyük önəm kəsb edir: "Biz çox sevinirik ki, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir.

"Mədəniyyət naminə sülh" layihəsi də buna hesablanıb. İnanırıq ki, xarici dövlətlər də buna maraq göstərəcək. Biz bu layihə ilə bağlı UNESCO-ya müraciət etmişik, ancaq çox təəssüf ki, hələ cavab almamışıq. Biz bu forumları formal forum olaraq görmürük, məhz dialoqu, insanlar arasında kommunikasiyaya faydalı olaraq gördüyümüz üçün təşkil edirik və faydasını da görürük", - deyə nazir vurğulayıb.

O, gələcəkdə də bu forumları davam etdirmək istədiklərini bildirib: "Alyansla əməkdaşlığımız təkcə bu forumla məhdudlaşmır. Bizim alyansla birlikdə digər layihələrimiz də olub. Biz keçirdiyimiz layihələrlə sübut etdik ki, sülh quruculuğu üçün Azərbaycan öz dəstəyini əsirgəmir".

Mədəniyyət naziri Anar Kərimov əlavə edib ki, "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının keçirilməsi tarixi hadisədir.

O bildirib ki, Mədəniyyət Nazirliyinin təşkil etdiyi kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması və dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir:

"Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur".

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos isə bəşəriyyətin gələcək üçün yeni yolda olduğunu vurğulayıb:

"Pandemiya böhranı, maskalar, peyvəndləmə, onun iqtisadi nəticələri, maliyyə böhranları və sairlər ilə üzləşirik. Biz gələcək üçün yeni yol tapmalı, birgə yaşamalıyıq. Azərbaycan bu yeni təşəbbüslə müraciət etdi və mən buna dərhal reaksiya verdim. Biz bu günün reallığına və problemlərinə cavab vermək üçün yeni mexanizm və alətlər tapmalıyıq. Biz daha yaxşı cəmiyyət qura, birgə sülh içində yaşaya bilərik".

Migel Anxel Moratinos İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının şahidi olduğunu da deyib: "Bu gün mənim üçün həm də xüsusi gündür, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Prezident Əliyevlə görüşdüm. Mən ümid, ləyaqət, sevinc hisslərinin şahidi oldum. Prezident Əliyevlə konstruktiv müzakirəmiz, dialoqumuz oldu. O, ölkənin tarixində yeni səhifənin açıldığını dedi. İnanıram ki, həm ölkə, həm də onun vətəndaşları üçün yeni səhifə, gələcək qarşıdadır".

Tədbir müzakirələrlə davam edib.

0