Azəryol voleybol klubu, arxiv şəkli

"Azəryol" klubunun taleyinə aydınlıq gətirildi

433
(Yenilənib 19:23 16.02.2017)
Klubun direktoru: “Ola bilər mən direktor vəzifəsində qalım, ola da bilər ki, mən də başqası ilə əvəz edilim”

BAKI, 16 fev — Sputnik. Qadın voleybolçulardan ibarət "Azəryol" voleybol klubunun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı artıq hər kəsə məlumdur. Klubun dağılma səbəbi Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədovun maliyyələşdirmədən imtina etməsi ilə bağlıdır.

Mətbuatda gedən məlumatlara əsasən, "Azəryol" yoluna başqa adla davam edəcək. Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Azəryol” voleybol klubunun direktoru Nazim Seyidli ilə danışıb.

"Azəryol" klubu dağılsa və ya digər adda fəaliyyət göstərsə, yenə də hazırkı “Azəryol” klubu tarixə qovuşacaq. Maliyyə tərəfdən çətinlik olduğu üçün klub bağlanır" — Seyidli bildirib. 

Direktor yeni klubun yaranma məsələsinə də aydınlıq gətirib: “Bəli, klub başqa bir ad ilə fəaliyyətə davam edəcək. Klubun adı kimi heyətində də dəyişiklik olacaq. Klubun işçiləri olduğu kimi qalacaq, amma idmançılarda dəyişiklik olacaq. Üstünlük yerli idmançılara veriləcək”.

N.Seyidli onu da bildirib ki, klubun yeni adla fəaliyyətə başlaması bir müddət sonra olacaq: ”Çünki klubun kim tərəfindən alınması məlum deyil. Ona görə də hələ heç bir fikir deyə bilmərik. Yeni rəhbərlik nə qərar verəcəksə, o olacaq. Ola bilər mən direktor vəzifəsində qalım, ola da bilər ki, mən də başqası ilə əvəz edilim”.  

433
Teqlər:
"Azəryol" voleybol klubu, Azərbaycan Həndbol Federasiyası, "Azəravtoyol" ASC, Azəryol” klubu, Saleh Məmmədov, Nazim Seyidli
Əlaqədar
"Azərbaycanda voleybol çökür"
Azərbaycanın voleybol yığması barədə ilginc iddialar
AVRO 2020-nin loqosu loqosu, arxiv şəkli

AVRO-2020-nin keçirilməsi ilə bağlı üç senari açıqlandı

9
(Yenilənib 20:58 01.12.2020)
UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Futbol üzrə Avropa Çempionatının – AVRO-2020-nin Rusiya hissəsinin təşkilat komitəsinin baş katibi Aleksey Sorokin turnirin keçirilməsi üçün 3 ssenarini açıqlayıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Sorokin bildirib ki, AVRO-2020 tam miqyasda, stadiona məhdud şəkildə azarkeşlər buraxılmaqla və ya tam olaraq azarkeşsiz keçirilə bilər.

Onun sözlərinə görə, UEFA Avropada koronavirusa yoluxanların azalması mövqeyindən çıxış edir. Qeyd olunur ki, məsələ ilə bağlı yekun qərar gələn ilin martında qəbul olunacaq.

AVRO-2020 ötən ilin yayında Avropanın 12 şəhərində keçirilməli idi. Pandemiya səbəbində turnir 2021-ci il 11 iyun - 11 iyul aralığında keçiriləcək. Oyunları Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və London qəbul etməlidirlər. Hər iki yarımfinal və final oyunları Londonun "Uembli" stadionunda olmalıdır. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu və 1/4 finalın bir görüşü keçirilməlidir.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Şəhidin dəfni

Qırx gün itkin sayılan şəhid dəfn olundu

0
(Yenilənib 11:36 03.12.2020)
Dünən Şabran rayonunun Rəhimli kəndinə İkinci Qarabağ müharibəsində həyatını itirmiş 3-cü şəhid gəlib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dünən Şabran rayonunun Rəhimli kəndinə Vətən müharibəsində həlak olmuş 3-cü şəhid gəlib. 2001-ci il təvəllüdlü Həmzəyev Musa Xalid oğlu Vətən müharibəsində 40 gün idi ki, itkin sayılırdı. Lakin dünən onun şəhid olduğu məlum olub.

  • Həmzəyev Musa
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhidin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Həmzəyev Musa

Şəhid doğulduğu Şabran rayonunun Rəhimli kəndində torpağa tapşırılıb.

Şəhid Musa Həmzəyev Axıska türküdür.

Allah rəhmət eləsin!

0
Teqlər:
itkin, şəhid, Şabran rayonu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə