Bakı2017 səfirlərinin təqdimatı

İslam Oyunlarının səfirləri məlum oldu

71
(Yenilənib 19:04 08.02.2017)
V İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmov olacaqlar

BAKI, 8 fev — Sputnik. Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Oyunların Əməliyyat Komitəsi bu gün səfirləri bir araya gətirib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov oyunlar və Azərbaycanda ilk dəfə tətbiq olunacaq “Grassroots” proqramı haqqında ətraflı məlumat verib: “IV İslam Həmrəyliyi oyunlarının sıralarına bu gündən etibarən uldüz və idmançı səfir qismində qatılacaq məşhurlarımız yeniyetmə və gənclər arasında idmanın daha da kütləviləşməsində, icitmaiyyətin IV İslam Həmrəyliyi oyunlarına daha böyük maraq göstərməsində önəmli rol oynayacaqlar. Qələbə və uğur sevincini birgə yaşayıb, paylaşmaq ən gözəl hisslərdən biridir. Əminik ki, idmançı və ulduz səfirlərimizlə bərabər xalqımız oyunlarda iştirak edəcək idmançılarımızın qələbə sevincini birgə yaşayacaq”. 

Daha sonra ulduz və idmançı səfirlərin adları açıqlanıb. Ulduz səfirlər müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmov olacaq.

İdmançı səfirlər olaraq isə Azərbaycanı yunan-Roma güləşçisi Rəsul Çunayev, cüdocu Rüstəm Orucov, karateçi Rafael Ağayev, sərbəst güləşçi Hacı Əliyev, paracüdoçu İlham Zəkiyev, taekvandoçu Radik İsayev, boksçu Kamran Şahsuvarlı, taekvandoçu Fəridə Əzizova, karateçi İlahə Qasımova, futbolçu Ruslan Abışov, boksçu Leyla Cavadova, cüdoçu Elmar Qasımov, yüngül atlet Nazim Babayev və boksçu Aynur Rzayeva təmsil edəcək.

Tədbirdə iştirak edən idmançı səfir Ruslan Abışov səfir seçildiyini eşidəndə sevindiyini bildirib: "Bir səfir kimi bütün tədbirlərdə, layihələrdə idmançı yoldaşlarımla birlikdə iştirak etməyə çalışacağam. Həm səfir, həm də futbolçu kimi milliyə dəstək olmağa çalışacağam".

Güləşçi Rəsul Çunayev İslam Oyunlarında iştirakının hələ dəqiqləşmədiyini, bunun seçmə turnirlərdən asılı olduğunu dilə gətirib: "Güləşdə hər çəkidə o qədər böyük rəqabət var ki, yarışlarda iştirak etməyim üçün öncə yerli idmançılar arasında özümü doğrultmalıyam. Mən də yarışda Azərbaycanı təmsil edən idmançılar arasında olmağa çalışacağam". 

Karateçi İlahə Qasımova isə səfir kimi üzərinə düşən öhtəlikdən istifadə edib gəncləri idmana həvəsləndirməyə, idmançı qismində isə Azərbaycan bayrağını ucaltmağa çalışacağını dilə gətirib: "Öz üzərimə düşən işi həm idmançı kimi, həm səfir kimi yüksək səviyyədə yerinə yetirmək, tədbirlərdə iştirak etmək niyyətindəyəm".

Tünzalə Ağayeva səfir kimi təcrübəsinin olduğunu qeyd edib: “Müğənni səfir kimi indiyədək könüllülərlə daha çox çalışmışam və bundan həvəslənərək, İslam Həmrəliyi Oyunlarına həsr olunmuş mahnı yazmağı planlaşdırıram”.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları 12 — 22 may tarixində Bakıda keçiriləcək.

71
Teqlər:
IV İslam Həmrəyliyi Oyunları, Aynur Rzayeva, Hacı Əliyev, İlham Zəkiyev, Radik İsayev, Rafael İsgəndərov, Coşqun Rəhimov, Elmar Qasımov, Ruslan Abışov, Fəridə Əzizova, Mirələm Mirələmov, Hacı Nuran, Tünzalə Ağayeva, Elçin Səfərov, İlahə Qasımova, Rəsul Çunayev, Bakı
Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

33
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

33
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29