Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

© AP Photo / Felipe DanaFootvolley
Footvolley - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il 28-30 iyul tarixlərində Bakıda ilk dəfə footvolley üzrə beynəlxalq turnir keçirilib

BAKI, 3 fev — Sputnik. Azərbaycanda footvolley idman növü üzrə genişmiqyaslı turnir keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a turnirin təşkilatçılarından olan çimərlik futbolu üzrə FİFA hakimi Əfqan Həmzəyev məlumat verib.

Onun sözlərinə görə, ötən il 28-30 iyul tarixlərində Bakıda ilk dəfə footvolley üzrə beynəlxalq turnir keçirilib. İlk dəfə keçirilməsinə baxmayaraq turnir keçən il dünyada təşkil olunan footvolley turnirləri arasında reytinq üzrə ilk beşliyə düşə bilib.

Əfqan Həmzəyev qeyd edib ki, bu il turnir daha geniş bir formada yenidən təşkil ediləcək. Yarışın iyul ayında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0