Олимпиада 2016. Легкая атлетика. Мужчины. Бег 200 м. Финал

Olimpiya çempionunun medalı əlindən alındı

50
(Yenilənib 23:22 25.01.2017)
Əfsanəvi sprinter ardıcıl 3 Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 metr, 200 metr və 4x100 metr yarışlarında qızıl medal qazanıb

BAKI, 25 yan — Sputnik. Əfsanəvi atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb. Sprinterin "Pekin-2008"-də 4x100 metrə yarışlarında qazandığı çempionluq ləğv edilib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) açıqladığı məlumata əsasən, qeyd edilən yarışda Boltun komanda yoldaşı Nesta Karter dopinq istifadə edibmiş. Bu səbəbdən də, Karterlə bərabər bütün komandanın nəticəsi ləğv edilib.

Boltla bərabər yamaykalı digər atletlər Asafa Pauell və Maykl Freyterin də medalları əllərindən alınıb.

Qeyd edək ki, əfsanəvi sprinter ardıcıl 3 Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 metr, 200 metr və 4x100 metr yarışlarında qızıl medal qazanıb.

50
Hadisə yerində

Ermənistanın raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb - FOTO

20
(Yenilənib 15:08 29.10.2020)
Xoşbəxtlikdən, işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib

BAKI, 29 oktyabr — Sputnik. Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülkü obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə də dəyən ziyan nəticəsində kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxlb.

Bu barədə Milli Olimpiya Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun sözlərinə görə, xoşbəxtlikdən, işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib. 

  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
1 / 7
© Photo: National Olympic Committee of Azerbaijan
Hadisə yerində

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standarlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

20
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir
Bir ay ərzində doxsan dinc sakinimiz erməni terrorunun qurbanı olub
Prezidentin köməkçisi: "Paşinyan, böyük səhv etdin"
Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət – video
Yelena Parxomenko

Yelena Parxomenko: Özümü azərbaycanlı hesab edir Qarabağda qələbə gözləyirəm

73
(Yenilənib 13:24 28.10.2020)
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko azərbaycanlı əsgərlərə dəstəyini bildirib

BAKI, 28 oktyabr – Sputnik, Teymur Tuşiyev. Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq üzvü Yelena Parxomenko Qarabağda əks-hücum əməliyyatları yerinə yetirən Silahlı Qüvvələrimizdən böyük uğurlar gözləyir. Bu barədə o, bacısı Oksana Kurt-Parxomenkonun Facebook sosial şəbəkəsində yerləşdirdiyi müraciətində deyib.

Yelena Parxomenko Bakıda doğulub. Atası ukraynalı, anası rusdur. Buna rəğmən, millimizin sabiq üzvü özünü azərbaycanlı hesab edir.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

“Azərbaycan – mənim Vətənimdir. Valideynlərim, bacım, mən – burada doğulmuşuq. Bütün qəlbimlə Azərbaycanın yanındayam. Bəziləri deyə bilərlər ki, mən ukraynalıyam, amma yox, Mən Azərbaycanda doğulmuşam, bura mənim ölkəmdir və özümü azərbaycanlı sayıram”, - Parxomenko deyib.

© AFP 2020 / KAZUHIRO NOGI
Yelena Parxomenko

Azərbaycan millisinin heyətində beynəlxalq yarışlara Parxomenko 1996-cı ildən çıxmağa başlayıb. O, həmçinin Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “Azəryol” komandalarında da forma geyinib.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

Keçmiş voleybolçu vurğulayıb ki, bəzi başqa dövlətlərdən fərqli olaraq, Azərbaycanda heç vaxt dini problem olmayıb.

“Bir xristian kimi deyə bilərəm ki, bu gün Azərbaycanda siz məscidə də, kilsəyə də, sinaqoqa da gedə bilərsiniz. Bizdə katolik və pravoslav kilsələri var. Hətta Salyan kazarmasının yanındakı kilsəmizin mesenatının da azərbaycanlı olduğunu bilirəm. Bizim ölkəmiz tamamilə tolerant və dünyəvidir”, - Parxomeko qeyd edib.  

Azərbaycan millisinin sabiq üzvü bütün ön cəbhə boyu əks-hücum əməliyyatı aparan əsgərlərimizə dəstəyini bildirib.

© AFP 2020 / TOSHIFUMI KITAMURA
Yelena Parxomenko

“İstəyirəm ki, dövlətimizi qoruyan əsgərlərimiz bilsinlər ki, burada, Bakıda, hər bir evdə onlara inanır, onlardan qələbə gözləyirlər. Biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!” – deyə Parxomenko əlavə edib.  

73
Teqlər:
Karabakh is Azerbaijan, Qarabağ, Yelena Parxomenko, milli yığma, voleybol, azərbaycanlı, dəstək, Azərbaycan Ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Rusiyalı stilistdən Azərbaycana dəstək
İsraildən Azərbaycana qardaş yardımı

Bizim razılığımız olmadan, Qarabağda müşahidəçilər yerləşdirilə bilməz - Ceyhun Bayramov

0
Ceyhun Bayramov: "Biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır".

BAKI, 29 oktyabr — Sputnik. Ermənistanda Qarabağ münaqişəsinin danışıqlarla nizamlanmasında maraqlı deyil. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Azərbaycan Xarici İşlər naziri eyni zamanda qeyd edib ki, istənilən müşahidəçilərin Qarabağda yerləşdirilməsi rəsmi Bakı ilə razılaşdırılmalıdır.

"Nəzərə almaq lazımdır ki, biz Azərbaycanın suveren ərazisindən danışırıq. Nəzarətçilər də daxil olmaqla, istənilən qüvvələrin yerləşdirilməsi Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır”, - deyə Ceyhun Bayramov qeyd edib.

O, əlavə edib ki, atəşkəs rejiminə nəzarət üzrə monitorinq mexanizminin tətbiqi nizamlanma prosesi ilə sinxronlaşdırılmalıdır.

0