BAKI, 13 yan — Sputnik. "Barcelona" futbol klubunun türk əsilli ulduz oyunçusu Arda Turan karyerasını Çində davam etdirəcək. Sputnik bu barədə CNN Türk-ə istinadən məlumat verir.
Xəbərə görə, Çin klubu "Şanxay Şenxua" Arda ilə razılıq əldə edib. Ulduz futbolçu Çin klubu ilə 3 illik müqavilə bağlayacaq. Qarşılığında Ardaya, ümumi dəyəri 60 milyon avro olmaqla, hər il üçün 20 milyon avro ödəniləcək.
BAKI, 7 mart — Sputnik. İspaniyanın "Vilyarreal" klubunun sabiq futbolçusu vətəni Franko Akosta Uruqvayda çayı keçməyə cəhd edərkən itkin düşüb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun axtarışına başlayıblar.
Hadisə martın 6-da gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisi məhz onun qardaşı məlumatlandırıb.
Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.
Qeyd edək ki, Franko Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas" komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.
BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.
"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.
Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.
"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.
Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.
Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.
Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.
Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.
Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.
BAKI, 7 mart — Sputnik. Bu gün Volqoqrad sakini əlində bıçaqla küçədən keçənlərin üzərinə hücum edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.
"Bu gün səhər saat 7 radələrində işə getmək üçün həyətə çıxdım. Blokdan çıxan kimi gördüm ki, idman geyimində, qan içində olan bir kişi qaçır. Onun bir əlində böyük burğac, digər əlində bıçaq var idi. Mənim üzərimə qaçırdı. Ardınca isə polis qaçırdı. Mən özümü itirib nə edəcəyimi bilmədim. Bir təhər yana çəkildim", - deyə hadisə şahidlərindən biri danışıb.
Onun sözlərinə görə, həmin vaxt qonşu dükandan satıcı çıxaraq kişiyə travmatik tapançadan atəş açmağa başlayıb.
"Polis əməkdaşı qışqırırdı: "Atəş aç ona, atəş aç!". Beş və ya altı atəş açıldı. Bıçaqlı adam qan içində idi. Təsəvvür edin ki, ona atəş açırlar, o isə dayanıb gülür. Ya narkoman idi, ya da bilmirəm kim idi", - şahid deyir.
Kişini yalnız polis-patrul xidməti gəldikdən sonra tutmaq mümkün olub. Lakin onu polislər yox, sakinlərdən biri başına boru ilə zərbə endirərək "sakitləşdirib".
Şahidlər bildirib ki, cinayətkar ən azı bir nəfərə xəsarət yetirib, Qan içində olan qadını təcili yardım aparıb. Polis hadisənin təfərrüatlarını aydınlaşdır.