İslam Həmrəylik Oyunlarının kollektivi ilk tədbirini könüllülərə həsr edib

Könüllülərlə görüş keçirilib

45
(Yenilənib 16:59 10.01.2017)
Elçin Səfərov: "Biz elə münasibət yaradırıq ki, işdən əlavə, dostluğumuz, isti münasibətimiz davam etsin"

BAKI, 10 yan — Sputnik. İslam Həmrəylik Oyunlarının (İHO) kollektivi ilk tədbirini könüllülərə həsr edib. Sputnik İslam Həmrəyliyi Oyunları Komitəsinə (İHOK) istinadən xəbər verir ki, oyunlarda iştirak edəcək könüllülərlə görüş keçirilib. Komitənin direktoru, könüllülərin səfiri Elçin Səfərov könüllülərin suallarını cavablandırıb.

"Biz sizinlə hər bir mövzunu müzakirə edə bilərik, söhbətləşə bilərik, hansısa bir debat şəklində söhbətlər təşkil edə bilərik" — sədr bildirib.

Daha sonra istedadlı müğənni Çingiz Mustafayev və "Palmas" qrupu könüllülər üçün bir neçə musiqi ifa edib. Onlar həmçinin könüllülərin suallarını cavablandırıblar.

Yenidən söz alan Elçin Səfərov, könüllülərlə keçirilən görüşdən danışıb: "Biz elə münasibət yaradırıq ki, işdən əlavə, dostluğumuz, isti münasibətimiz davam etsin. Yaradılan şərait, göstərilən diqqət işimizi sevməyimizə stimul yaradır".

45
Teqlər:
Elçin Səfərov, İHO, İslam Həmrəylik Oyunları, könüllü
Əlaqədar
ASAN Könüllülərinin "Həmrəylik Düşərgəsi" açıldı
“Könüllülər gələcəkdə polis sıralarına cəlb oluna bilər”
Könüllülük proqramına müraciət edənlər arasında yarış keçirildi
Azərbaycanda İslam Həmrəyliyi İli elan olundu
Fitnes zalı, arxiv şəkli

Azərbaycanda fitnes trenajor zalları açıla bilər, amma...

18
(Yenilənib 15:52 24.09.2020)
Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır. Sputnik Azərbaycan bildirir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə, nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır.

Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

18
Teqlər:
idman zalı, idman, Koronavirus, epidemiya, COVID-19, karantin

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ
Döşəmədə kişi meyiti, arxiv şəkli

Məşhur prokurorun qaynını yaşadığı evdə qətlə yetiriblər

0
(Yenilənib 19:09 24.09.2020)
Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı yaşadığı evdə - Bakının Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qətlə yetirilib.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın paytaxtında növbəti qanlı cinayət baş verib.

Sputnik Azərbaycan-a Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

0