Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu Olimpiya tarixi, idman siyasəti kitabının təqdimat mərasimi

"Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimatı olub

77
(Yenilənib 19:15 21.12.2016)
Azad Rəhimov: "Kitabda Azərbaycan idmanının inkişaf mərhələləri, müasir idman infrastrukturunun yaranması barədə geniş məlumat toplanıb"

BAKI, 21 dek — Sputnik. Bu gün, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu "Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimatı olub. Sputnik xəbər verir ki, təqdimat mərasimində Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Adil Əliyev, bir çox idman federasiyalarının vitse-prezidentləri və olimpiya iştirakçıları çıxış ediblər.

Azad Rəhimov kitabın əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, kitabda Olimpiya Oyunlarının yaranması, Olimpiya hərəkatının inkişafı, onun xalqlar arasında əlaqələrin möhkəmlənməsində rolu, Olimpiya dəyərləri, Azərbaycan idmanının inkişaf mərhələləri, müasir idman infrastrukturunun yaranması barədə geniş məlumat toplanıb: "Müəllif kitabda Olimpiya hərəkatının tarixi inkişafını, tənəzzülünü verməklə yanaşı, Olimpiya Oyunlarını bərpa edən Pyer de Kubertenin də bu sahədə fədakar əməyini geniş şəkildə oxucuya çatdırıb. Məhz Olimpiya Oyunlarının bu günədək keçirilməsi həqiqətən də hər bir ölkə üçün böyük izdihamlı bir bayrama çevrilir".

Nazirin sözlərinə görə, müəllif kitabda Olimpiya hərəkatının tarixini və əhəmiyyətini oxuculara geniş şəkildə təqdim edə bilib: "Bu baxımdan hesab edirəm ki, "Olimpiya tarixi, idman siyasəti" kitabı bizim idmansevərlər və tələbələr üçün də maraqlı, zəngin məlumatların toplandığı qiymətli vəsaitdir".

  • Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu Olimpiya tarixi, idman siyasəti kitabının təqdimat mərasimi
    Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu "Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi
    © AZƏRTAC

1 / 9
© AZƏRTAC
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu "Olimpiya tarixi, idman siyasəti" kitabının təqdimat mərasimi

Kitabın əhəmiyyətini yüksək qiymətləndirən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib. O, qeyd edib ki, nəşrdə ölkəmizdə inkişafda olan Olimpiya hərəkatı haqqında ətraflı məlumat verilib: "Ölkə idmanına göstərilən dövlət qayğısı, idman infrastrukturunun inkişafı və yenidənqurmasına kitabda geniş yer verilib. Bu inkişafın nəticəsidir ki, Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıb. Ümid edirəm ki, idmançılarımız Tokio Yay Olimpiya Oyunlarında daha uğurla çıxış edib bizi sevindirəcəklər".

"İdmanın geniş coğrafi əraziləri əhatə etməsi, müxtəlif xalqları mənəvi birliyə dəvət etməsi onun sülhməramlı olduğunu bir daha sübut edir. Olimpiyanın ağ bayrağı müharibələrə qalib gəlməyə qadirdir. İdmanda Olimpiya çempionu adından böyük fəxri ad yoxdur" — Hüseynzadə qeyd edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyev çıxışında bildirib ki, ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb: "Bakıda və regionlarda Olimpiya idman kompleksləri istifadəyə verilib. Ölkəmiz irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir. Ötən il təşkil olunan birinci Avropa Oyunları dünyanın diqqətini özünə cəlb etməyi bacardı. Yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən Azərbaycan Avropa idman tarixində yeni səhifə açmış oldu".

Digər natiqlər də kitabın əhəmiyyətini yüksək qiymətləndərib, nəşrin gələcək nəsillər üçün lazımlı və dəyərli olduğunu diqqətə çatdırıblar. Tədbirin sonunda müəllif Xəzər İsayev hər kəsə öz təşəkkürünü bildirib və kitabın Azərbaycan idmanına və Olimpiya hərəkatına layiqli töhfə olduğunu vurğulayıb.

Qeyd edək ki, kitab üç dildə nəşr olunub. Kitab haqqında rəyi Gənclər və idman naziri Azad Rəhimov, öz sözü isə ADBTİA-nın rektoru Fuad Hacıyev yazıb.

77
Teqlər:
Xəzər İsayev, Çingiz Hüseynzadə, Azad Rəhimov, Adil Əliyev, olimpiya, kitab, Milli Olimpiya Komitəsi, idman
Əlaqədar
Azərbaycanın olimpiya çempionu məğlub oldu
Tokio-2020 Olimpiadasına hazırlıq başladı
Olimpiadadakı iştirakımızla bağlı rüşvət qalmaqalı
Bakıda Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib
"Azərbaycan idmançıları Rio Olimpiadasında uğurla çıxış ediblər"
"Azərbaycanın ev sahibliyi etdiyi olimpiada indiyə qədərki yarışların ən yaxşısıdır"
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

30
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

30
Qarabağ - Legiya matçı

Türkiyə "Qarabağ"a qucaq açdı

37
(Yenilənib 20:24 22.10.2020)
Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib

BAKI, 22 oktyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İspaniyanın "Vilyarreal" komandası ilə qarşılaşacağı meydan bəlli olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" klubunun yaydığı açıqlamada deyilir.

Vurğulanır ki, hazırda ölkəmizin bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan edilib. İki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdə vəziyyəti nəzərə alaraq, "Qarabağ"ımızın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və "Vilyarreal"la matçının hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdir.

"Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, klubumuza qarşı hər hansı bir təxribat olması ehtimalı və digər məsələləri nəzərə alan klubumuz tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la matçın hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.

Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklarda ev sahibliyi etmiş stadionda keçirilməlidir. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə klubumuz tərəfindən məktub ünvanlanıb. Və qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "Stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədir" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, öz dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik.

Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən "İstanbul Başakşehir" klubunun stadionu isə texniki cəhətdən UEFA-nın tam təmin olunduğuna görə "Qarabağ"ımız "Vilyarreal"la ev matçını məhz "Başakşehir"in Fatih Terim adına stadionunda keçirəcək", - açıqlamada deyilir.

"Qarabağ" Futbol Klubu "Başakşehir" klubuna könüldən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

37
Teqlər:
Türkiyə, qrup mərhələsi, Avropa Liqası, "Qarabağ" FK, futbol
Əlaqədar
Qurban Qurbanov: “Fikrimiz Azərbaycan əsgərlərinin yanındadır”
"Qarabağ" qardaş Türkiyəni seçdi
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə