Sərbəst güləşçilər

Güləşçilərimiz Dağıstandan 5 medalla qayıtdılar

214
İdmançılarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar

BAKI, 19 dek — Sputnik. Dağıstanın Kaspiysk şəhərində, Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda, sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun (Azəri İK) rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı yığmamıza, 63 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev qazandırıb. Bütün rəqiblərini məğlub edən təmsilçimiz finalda Xasavyurt güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub.

Gümüş medallar, yalnız final görüşündə uduzan Məhəmmədsaleh Abakarov (42 kq) və Ramiz Həsənovun (50 kq) payına düşüb. Bürünc medalları isə, 76 kq çəki dərəcəsində mübarizə aparan İslam Əliyev və Abdulmuslim Mamedov qazanıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

214
Teqlər:
mübarizə, medal, yarış, güləşçi, güləş, çempion, Kaspiysk, Dağıstan
Əlaqədar
Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurub
Güləşçilərimizdən sevinc və təəssüf dolu təəssüratlar
Azərbaycan güləşçisi qızıl medal şansını itirdi
Qadın güləşçilərimiz 1/4 finala vəsiqə qazandılar
Güləşçimiz Rəsul Çunayev Olimpiadanın yarımfinalına çıxıb
Güləşçimiz Bayramov Olimpiadada yarımfinalda məğlub oldu
Hadisə yerində

Ermənistanın raket zərbələri Bərdə Olimpiya İdman Kompleksini yararsız hala salıb - FOTO

22
(Yenilənib 15:08 29.10.2020)
Xoşbəxtlikdən, işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib

BAKI, 29 oktyabr — Sputnik. Bərdə şəhərinə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən endirilən raket zərbəsindən sonra bir çox mülkü obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə də dəyən ziyan nəticəsində kompleks tamamilə yararsız hala düşüb. 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxlb.

Bu barədə Milli Olimpiya Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bərdə Olimpiya İdman Kompleksinin direktoru Qabil Məmmədovun sözlərinə görə, xoşbəxtlikdən, işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib. 

  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
  • Hadisə yerində
    © Photo: National Olympic Committee of Azerbaijan
1 / 7
© Photo: National Olympic Committee of Azerbaijan
Hadisə yerində

Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan, beynəlxalq standarlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

22
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO
Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir
Bir ay ərzində doxsan dinc sakinimiz erməni terrorunun qurbanı olub
Prezidentin köməkçisi: "Paşinyan, böyük səhv etdin"
Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət – video
Yelena Parxomenko

Yelena Parxomenko: Özümü azərbaycanlı hesab edir Qarabağda qələbə gözləyirəm

73
(Yenilənib 13:24 28.10.2020)
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko azərbaycanlı əsgərlərə dəstəyini bildirib

BAKI, 28 oktyabr – Sputnik, Teymur Tuşiyev. Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq üzvü Yelena Parxomenko Qarabağda əks-hücum əməliyyatları yerinə yetirən Silahlı Qüvvələrimizdən böyük uğurlar gözləyir. Bu barədə o, bacısı Oksana Kurt-Parxomenkonun Facebook sosial şəbəkəsində yerləşdirdiyi müraciətində deyib.

Yelena Parxomenko Bakıda doğulub. Atası ukraynalı, anası rusdur. Buna rəğmən, millimizin sabiq üzvü özünü azərbaycanlı hesab edir.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

“Azərbaycan – mənim Vətənimdir. Valideynlərim, bacım, mən – burada doğulmuşuq. Bütün qəlbimlə Azərbaycanın yanındayam. Bəziləri deyə bilərlər ki, mən ukraynalıyam, amma yox, Mən Azərbaycanda doğulmuşam, bura mənim ölkəmdir və özümü azərbaycanlı sayıram”, - Parxomenko deyib.

© AFP 2020 / KAZUHIRO NOGI
Yelena Parxomenko

Azərbaycan millisinin heyətində beynəlxalq yarışlara Parxomenko 1996-cı ildən çıxmağa başlayıb. O, həmçinin Azərbaycanın “Azərreyl”, “Lokomotiv” və “Azəryol” komandalarında da forma geyinib.

© Photo : Courtesy of Yelena Parkhomenko
Yelena Parxomenko

Keçmiş voleybolçu vurğulayıb ki, bəzi başqa dövlətlərdən fərqli olaraq, Azərbaycanda heç vaxt dini problem olmayıb.

“Bir xristian kimi deyə bilərəm ki, bu gün Azərbaycanda siz məscidə də, kilsəyə də, sinaqoqa da gedə bilərsiniz. Bizdə katolik və pravoslav kilsələri var. Hətta Salyan kazarmasının yanındakı kilsəmizin mesenatının da azərbaycanlı olduğunu bilirəm. Bizim ölkəmiz tamamilə tolerant və dünyəvidir”, - Parxomeko qeyd edib.  

Azərbaycan millisinin sabiq üzvü bütün ön cəbhə boyu əks-hücum əməliyyatı aparan əsgərlərimizə dəstəyini bildirib.

© AFP 2020 / TOSHIFUMI KITAMURA
Yelena Parxomenko

“İstəyirəm ki, dövlətimizi qoruyan əsgərlərimiz bilsinlər ki, burada, Bakıda, hər bir evdə onlara inanır, onlardan qələbə gözləyirlər. Biz həmişə onlarlayıq. Qarabağ Azərbaycandır!” – deyə Parxomenko əlavə edib.  

73
Teqlər:
Karabakh is Azerbaijan, Qarabağ, Yelena Parxomenko, milli yığma, voleybol, azərbaycanlı, dəstək, Azərbaycan Ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Rusiyalı stilistdən Azərbaycana dəstək
İsraildən Azərbaycana qardaş yardımı
Qırmızı Xaç komitəsinin əməkdaşları, arxiv şəkli

Ermənistan girov düşmüş qoca ermənini geri almaqdan imtina etdi

0
Ermənistan tərəfi Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan tərəfi Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi - Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.

Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.

Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.

Humanitar proses zamanı insident baş verməyib.

0