İspaniyanın Barselona klubunun türk əsilli ulduz futbolçusu Arda Turan

Arda Turan tarixə düşdü

80
(Yenilənib 16:27 07.12.2016)
İndiyədək bu rekorda Qalatasarayın keçmiş futbolçusu Burak Yılmaz və sabiq fənərbaxçalı Tuncay Şanlı imza atmışdı

BAKI, 7 dek — Sputnik. İspaniyanın Barselona klubunun türk əsilli ulduz futbolçusu Arda Turan, dünən Çempionlar Liqasında, Borussiya Münhenlə oyunda 3 qol vuraraq yerli futbolçular arasında tarixə düşüb. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, indiyədək türk futbolçular arasında bu rekorda Qalatasarayın keçmiş futbolçusu Burak Yılmaz (2012) və sabiq fənərbaxçalı Tuncay Şanlı (2004) imza atmışdı.

80
Teqlər:
qol, Arda Turan, Barselona, futbolçu, tarix, İspaniya
Əlaqədar
Türkiyəli futbolçulara Ukraynada şok yaşatdılar
Məşhur futbolçu tanınmış məşqçini yerdən yerə vurdu
Bu transfer futbol azarkeşlərini heyrətə salacaq
İlin üç ən yaxşı futbolçusunun adı açıqlandı
Ulduz futbolçunun yaşadığı bina yandı
Bütün ölkə bu futbolçudan danışır
"Azərbaycanda futbol yox dərəcəsindədir"
Qarabağ - Makkabi oyunu

"Qarabağ" İsraildə ilk xalını qazandı

29
(Yenilənib 00:38 04.12.2020)
“Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda meydana çıxıb.

İlk 4 görüşdə uduzduqdan sonra İ qrupunda sonuncu yeri tutduğu rəsmiləşən Qurban Qurbanovun yetirmələri İsrailin “Makkabi” klubu ilə görüşüb. Cari mövsümdə avrokuboklarda son ev matçını keçirən təmsilçimiz Təl-Əviv klubunu da İstanbuldakı “Başakşəhər Fatih Teim” stadionunda qəbul edib.

Baş məşqçi Qurban Qurbanov və əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğu üçün qardaş ölkəyə böyük itkilərlə yollanan “Qarabağ” turnirdə ilk xalını qazanıb. Qarşılaşmada hər iki qol ilk 45 dəqiqədə vurulub.

Komandamız hissənin ortalarında qapısında qol görüb. İsrail təmsilçisi penalti ilə hesabı açıb. Ağdamlılar ilk yarı başa çatmamış hesabda tarazlıq yaradıblar. Xayme Romero bərabərlik qoluna imza atıb. 

Qrupun digər oyununda “Sivasspor” Türkiyədə “Vilyareal”ı qəbul edib. İspaniya təmsilçisi 1 qolla səfər qələbəsi qazanıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar.

Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:  Xayme Romero, 37 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis

29
Teqlər:
UEFA Avropa Liqası, "Makkabi" FK (Tel-Əviv), Qarabağ FK
Futbolçular, arxiv şəkli

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv elədi

20
(Yenilənib 21:46 03.12.2020)
Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan və Ermənistanın beynəlxalq oyunlara ev sahibliyi etməsinə icazə verilib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Qurum bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb. Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.
Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, “Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

20
Teqlər:
"Qarabağ" FK, milli komanda, futbol, qadağa, Azərbaycan, UEFA

Koronavirusu blok edən üç ərzaq

0
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

0
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla