Bakının Fəvvarələr meydanında velosiped sürən uşaqlar, arxiv şəkli

Bu idman növü ömrü uzadır

1284
(Yenilənib 16:11 03.12.2016)
80 min insan üzərində aparılan araşdırma o qənaəti hasil edib ki, heç də idmanın bütün növləri sağlamlıq üçün faydalı deyil

BAKI, 2 dek — Sputnik. Üzgüçülük, velosopedsürmə, aerobika və tennis insan sağlamlığı üçün ən xeyirli idman növləridir. Futbol və qaçış öz faydalılığına görə, bu idman növlərindən geri qalır.

Sputnik-in məlumatına görə, bu barədə Avstriya alimlərinin "British Journal of Sports Medicine" jurnalında dərc olunan məqaləsində deyilir. "Bizim müşahidələrimizə görə, əsas o deyil ki, siz idmanla nə qədər tez-tez məşğul olursunuz, əsas odur ki, idmanın hansı növü ilə məşğul olursunuz. Aydındır ki, idmanın hər növünün insan sağlamlığına bir şəkildə təsiri var. Müşahidələr əsasında bizim kolleqalarımız idman təşkilatlarına yeni növ tapşırıqlar hazırlamaqda kömək edəcəklər. Söhbət insan sağlamlığına maksimal dərəcədə müsbət təsir edən tapşırıqlardan gedir" — deyə Sidney (Avstraliya) universitetinin əməkdaşı Emmanuel Stamatakis bildirib.

Stamatakis və onun həmkarları idmanın hansı növlərinin sağlamlığa daha çox faydalı olduğunu araşdırmaq üçün Böyük Britaniya və Avstraliyanın sosial xidmətləri ilə əməkdaşlıq ediblər. 12 il ərzində (1994-2006) Britaniyanın idmanla məşğul olmuş 80 minə qədər yaşlı sakini üzərində müşahidələr aparandan sonra, onlar müvafiq nəticələrə gəliblər.

Bu müşahidələrin məqsədi intensiv fiziki gücün insanın ömrünün uzanmasında və müxtəlif xəstəliklərlə, o cümlədən, infarkt, insult, ürək-damar sistemindəki problemlərlə mübarizədə hansı effekti verdiyini müəyyənləşdirmək olub.

Müəlliflər idmanın hansı növünün sağlamlığa necə təsir etdiyini aydınlaşdırıblar. Bu qənaətə gəliblər ki, idmanın bütün növləri faydalıdır. Misal üçün futbol, qaçış, ağır atletika və idmanın digər növləri ömrün uzanmasına heç bir təsir etmir və bu növlərlə məşğul olanların çoxunun ölümünə səbəb səhhətlərindəki müxtəlif problemlər olub.

Amma bir sıra idman növləri də var ki, onlar insan sağlamlığına müsbət təsir göstərir və onların ömrünü uzadır. Misal üçün, badminton, tennis, divarla tennis oynamaq faydalı idmandır. Britaniyalıların bu idman növləri ilə məşğul olan qrupunda erkən ölüm riski digərləri ilə müqayisədə 47% aşağıdır. Digərlərində isə ürək-damar sistemi ilə bağlı problemi olanların sayı 56%-dir.

Üzgüçülük və aerobika ilə məşğul olanların erkən ölüm riski 27-28% azdır. Bu qrupdan olanların, sadəcə 36-41%-nin ürək-damar sistemində problem olur. Bununla yanaşı, velosiped sürmək ölüm ehtimalını 15% azaldır. Bu idmanla məşğul olan şəxslərdə ürək-damar problemləri demək olar ki, olmur.

Alimlər hesab edirlər ki, idman qayda-qanunları da insanın sağlamlığına müxtəlif dərəcədə təsir göstərir. Onların hər birinin insanın müəyyən orqanlarına müsbət və mənfi təsirləri mövcuddur. İnsanlar, məhz onların sağlamlığına müsbət təsir edən idman növlərini seçməyə üstünlük verməlidirlər.

1284
Teqlər:
aerobika, velosopedsürmə, üzgüçülük, xeyir, sağlamlıq, tennis, insan, idman, futbol
Əlaqədar
Legioner alveri və ya yerli idmançıların məhvi
İdman mərc oyunlarında uduşlardan vergi tutulmayacaq
İki tanımış idmançımız karyerasını başa vurdu
İdmançılara istifadəsi qadağan olunan maddələrin siyahısı açıqlandı
Ulduz idmançı faciəli şəkildə həlak olub
İdmançını tez "parladıb", tez "söndürən" qidalar
Cüdo yarışı, arxiv şəkli

Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

11
Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

BAKI, 20 noyabr — Sputnik. Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

73 kq

1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)

1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq

1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.

11
Futbol topları, arxiv şəkli

Türkiyə yığması Rusiya üzərində qələbə qazandı

64
(Yenilənib 23:43 15.11.2020)
İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

BAKI, 15 noyabr - Sputnik. UEFA Avropa Liqasında V turun ikinci oyun günündə Türkiyə və Rusiya yığmaları üz-üzə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 11-ci dəqiqədə Denis Çerışev açsa da, 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib.

52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Daler Kuzyayev fərqi azaltsa da, Rusiya millisinin bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb.

64
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

17
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması