Nigar Arpadarai

"Yerli əhaliyə Formula 1-i sevdirməyə çalışırıq"

268
(Yenilənib 17:48 29.11.2016)
Nigar Arpadarai: "Yeni mövsümdə trek dəyişməyəcək. Yenə də Bulvar ərazisində əyləncə məkanı və konsert təşkil olunacaq. Sadəcə bu dəfə daha çox maraqlı əyləncə proqramları olacaq"

BAKI, 29 noy — Sputnik. Formula 1 idman yarışında 2016-cı il mövsümü də başa çatdı. Bu mövzu ətrafında Sputnik-in suallarını Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai cavablandırıb:

 Mövsümü necə dəyərləndirirsiniz? Formula 1 izləyicilərinin gözlədikləri nəticə reallaşdı?

— Məncə, maraqlı mövsüm alındı. Bakı Qran-Prisi də Formula 1 üçün yeni idi və bu da bu mövsümə yeni rəng qatdı. Nəticə gözlənilən idi. Mən özüm də Niko Rosberqin qalib olmasını gözləyirdim. Surpriz heç nə olmadı.

 Bu mövsümdə artıq mükafatçılar bəlli idi. Bu, yarışı maraqsız etmir?

— Bu məsələ ətrafında çox söhbətlər gedir. Çoxları söyləyirlər ki, bu yarışı daha da maraqlı etmək olar. Bu, pilotlardan öncə konstruktorların yarışıdır. Formula 1 mütəxəssisləri deyirlər ki, Fernando Alonsanın bolit sarıdan bəxti gətirmir. Başqa bolitdə olsaydı, daha yaxşı nəticə göstərə bilərdi. Hamıya məlumdur ki, son zamanlar "Mercedes" liderliyini saxlayır.

 Əbu-Dabidə bir çox görüşlər keçirdiniz. Formula 1 rəsmilərinin Bakıda keçirilən Avropa Gran- Prisi haqqında fikirləri necədir?

— Bizim Əbu-Dabi Qran-Prisi zamanı çox maraqlı görüşlərimiz oldu. Ərəb mətbuatına müsahibələr verdik, Avropa mətbuatı, Almaniyadan olan mətbuat nümayəndələri ilə bir neçə "dəyirmi masa"larımız oldu. Düşünürük ki, mövsümün son yarışı olduğu üçün, medianın diqqəti Əbu-Dabi Qra-Prisinə daha çox yönəlmişdi. Biz də bu fürsətdən istifadə edərək bizim ölkənin və yarışın təbliğatını apardıq. Bir çox mütəxəssislər və media nümayəndələri qeyd edirdilər ki, "Bakı bizi təəccübləndirdi". Həm şəhər, həm trek çox maraqlıdır. Bu sözləri eşitmək bizim üçün çox xoş idi.

 Yeni mövsüm üçün işləriniz yeni başlayır. Keçən il edə bilmədiyiniz hansı işləri bu il planlaşdırmısınız?

— Dekabrn birindən etibarən bilet satışlarına başlayırıq. Bildiyiniz kimi, endirim kampaniyaları da mövcuddur. Hədəfimiz avropalı və rusiyalı turistləri cəlb etməkdir. Eyni zamanda, marşallarımız artıq təlimlərə yox, məhz yarışlarda işləməyə gəlirlər. Bu da bir il üçün böyük uğurdur. Yarışı elə təşkil etməliyik ki, turistləri və yerli əhalini daha çox cəlb edə bilək. Yeni mövsümdə də trek dəyişməyəcək, olduğu kimi qalacaq. Yenə də Bulvar ərazisində əyləncə məkanı və konsert təşkil olunacaq. Sadəcə bu dəfə daha çox maraqlı əyləncə proqramları olacaq.

 Digər qran-prilərə səfərləriniz zamanı hansı yenilikləri öyrənərək bizim keçirəcəyimiz Formula 1 yarışlarında tətbiq edəcəksiniz?

— Biz keçən il də qran-prilərə səfər edirdik ki, təcrübələrindən bəhrələnək, bu il də eynilə səfərlərimiz oldu. Artıq bizim təşkilatçılıq baxımından xüsusi təcrübəmiz var. Və düşünürəm ki, yarışı da kifayət qədər yaxşı təşkil edə bildik. Hal-hazırda qarşımızda duran əsas məsələ yerli əhalini də Formula 1-ə cəlb etməkdir. Meksikada əyləncə yox idi, sadəcə insanlar yarışı izləməyə gəlirdi və tribunalarda 15 min insan yarışı izləyirdi. Bəli, onlarda bu, artıq ənənə halını aldığından belədir. Sadəcə zamanla biz də yerli əhaliyə Formula 1- i sevdirməyə çalışacağıq.

268
Teqlər:
trek, Nigar Arpadarai, Bakı Şəhər Halqası, Formula 1, pilot, Qran-pri, yarış
Əlaqədar
Formula 1 biletləri bu tarixdən etibarən satışa çıxarılacaq
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir
Formula 1-in suvenirləri endirimli qiymətlərlə satılacaq
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı
Sputnik Formula 1 diplomu ilə mükafatlandırılıb
Formula 1 geyimləri satışa çıxarıldı
Formula-1 ilə əlaqədar bağlanmış küçələr nə vaxt açılacaq?
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

16
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

16
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

0
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

0