Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

AFFA-dan gözlənilməz qərar

39
Onlar araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb

BAKI, 22 noy — Sputnik. Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yığıncaqda UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymətlər verilib. 

Məsələ AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır. Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

Bunlar 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimdi. Onların siyahısı aşağıdakı kimidir:

"Şahdağ"


Kamran Ağakərimov
İqrar Səmədov
Tofiq Səfiyev
Mahiddin Ağamov
Faik Ağarəhimov
Rafael Kübərov (inzibatçı)

"Rəvan"
Əkbər Əhmədov
Fərid Ağayev
Mirqasım Cabbarlı
Elvin Əliyev
Omid Masumi
Fərid Quliyev
Cəmşid Məhərrəmov

"Bakılı"
Bəhram Bəhramzadə
Xəzər Qəribov

"Göyəzən"
Arzuman Vəliyev
Orxan Əsgərov
Tunar Şahtaxtinski

"Energetik"
Elvin Əlizadə
Kamran Lalayev
Orxan Əlibalayev

"Şərurspor"
Mehdi Rəsulov
Samir Musayev

Hakim
Anar Niyazov

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.

39
Teqlər:
qərar, futbol, UEFA, Peşəkar Futbol Liqası, İntizam Komitəsi, AFFA
Əlaqədar
AFFA-nın bir oyundan qazandığı məbləğ açıqlandı
AFFA rəsmisi Rusiya və Fransa oyunlarına rəhbərlik edəcək
AFFA FİFA-dan cavab gözləyir
Nazir Elmar Məmmədyarovun AFFA rəhbərliyinə namizədliyi irəli sürülüb
İlham Əliyev AFFA-ya 2 mln manat ayırdı
“AFFA 2020-ci ilə qədər müqaviləmi uzatmaq fikrindədir“