Bəhram Bağırzadə

Bəhram Bağırzadə istefa verdi

74
"Öz adımdan bütün azarkeşlərdən, "Netçi"nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm"

BAKI, 21 noy — Sputnik. "Neftçi"nin Müşahidə Şurasının üzvü olan Bəhram Bağırzadə tutduğu vəzifədən istefa verib. Sputnik verir ki, o, bu bəradə şəxsi "Facebook" səhifəsində məlumat verib. Həmin statusu olduğu kimi sizə təqdim edirik:

"Hörmətli azarkeşlər!

Özümü dərk etdiyim həyatım boyu mən "Neftçi" komandasının sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Bütün bu illər boyu Şuranın bütün üzvləri "Neftçi" komandasının yenidən Azərbaycan futbolunun "bir nömrəli komandası" olması üçün nəhəng səylər göstərdilər.

Mən öz vəzifələrim çərçivəsində daim müxtəlif kreativ layihələr fikirləşirdim və tətbiq etməyə çalışırdım ki, komandanın ictimai imici qalxsın və "Nefçi"nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək etsin. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu, çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular "Netçi"nin yüksək adına uyğun olmaq istəmirlər!

Mən özümü fəaliyyətimin bütün sahələrində uğurlu insan hiss edirəm, lakin mənim uğurum bəxt və ya təsadüfi uğur deyil. Hər şeydən əvvəl, bu, ağır, daimi, gündəlik zəhmətin bəhrəsidir, ona görə mən "Netçin"nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm.

Öz adımdan bütün azarkeşlərdən, "Netçi"nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil!

Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar, mən istefa verirəm və "Netçi"nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək!!!

Hörmətlə, Bəhram Bağırzadə".

74
Teqlər:
Bəhram Bağırzadə, uğursuzluq, uğur, "Neftçi", Müşahidə Şurası, futbol, istefa
Əlaqədar
Vyanada Bəhram Bağırzadənin sərgisi keçiriləcək
Bəhram Bağırzadədən “Neftçi” futbolçularına sərt sözlər
AFFA "Neftçi"ni cəzalandırdı
"Neftçi" klubuna yeni baş məşqçi təyin olunub
"Neftçi"nin Müşahidə Şurası sərt qərarlar qəbul etdi
Neftçi ölkə çempionatının ilk qələbəsini qazanıb
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

33
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

33
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29