BAKI, 21 noy — Sputnik. Dünən Türkiyə Super Liqasında keçirilən Fənərbaxça — Qalatasaray derbisindən öncə, ölkə himni səslənən zaman çox maraqlı bir an yaşanıb. Sputnik bu barədə Milliyet-ə istinadən xəbər verir.
Marş oxunduğu əsnada iki fənərbaxçalı uşaq tərəfdar əli ilə "6" işarəsi edərək Qalatasaray klubuna kinayəli mesaj göndərib. Matçı yayımlayan kanalın kameralarına da düşən bu görüntünü fənərli tərəfdarlar sosial mediada minlərlə dəfə paylaşıblar.
Xatırladaq ki, 2002-2003 sezonunda Fənərbaxça öz evində qəbul etdiyi Qalatasarayı 6-0 hesabı ilə məğlub etmişdi.