Dünya və Avropa çempionu Rəsul Çunayev

Azərbaycanlı dünya çempionu 4-cü dəfə əməliyyat olundu

73
(Yenilənib 17:38 16.11.2016)
Rəsul Çunayev: "25 yaşımda 4-cü əməliyyatı keçirdim, bu səfər sol dizimdən. Belə getsə, əməliyyat üzrə yarışlara qatılacağam"

BAKI, 16 noy — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan Olimpiya oyunlarının, 66 kilo çəki dərəcəsində bürünc mükafatçısı, Dünya və Avropa çempionu Rəsul Çunayev əməliyyat olunub. Bu barədə Sputnik Çunayevin şəxsi "Facebook" səhifəsinə istinadən xəbər verir.

Rəsul Çunayev xəstəxanada
© Photo : Rəsul Çunayevin Facebook profili
Rəsul Çunayev: 25 yaşımda 4-cü əməliyyatı keçirdim, bu səfər sol dizimdən

İdmançı 4-cü dəfə əməliyyat olunduğunu yazıb: "25 yaşımda 4-cü əməliyyatı keçirdim, bu səfər sol dizimdən. Belə getsə, əməliyyat üzrə yarışlara qatılacağam. Bəziləri də elə bilirlər, Rəsul kefdədir.
Daha bilmirlər ki, hansı zədələrlə çıxıb mübarizə aparıram. Təki əməliyyatla düzələn problemlər olsun".

73
Teqlər:
Olimpiya oyunları, Rio-de-Janeyro, Rəsul Çunayev, əməliyyat, Braziliya, idman, çempion
Əlaqədar
Rəsul Çunayev bürünc medal qazandı
Rəsul Çunayev Olimpiadada yarımfinalda məğlub oldu
Güləşçimiz Rəsul Çunayev Olimpiadanın yarımfinalına çıxıb
Rəsul Çunayev Rio-da 1/4 finala vəsiqə qazanıb
Rəsul Çunayev Olimpiadaya qələbə ilə başladı
Rəsul Çunayevin qələbəsi və hərbçi jesti
Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibi

Baş katib cüdoçularımızın ““Böyük dəbilqə”dəki çıxışından danışır

14
(Yenilənib 08:33 27.10.2020)
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyir ki, Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması turnirin əhəmiyyətliliyini daha da artırır
Elmar Babanlı: “Medal gözlədiyimiz idmançımız ümidləri doğrultmadı”

““Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnir idi” . Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib.

O bildirib ki, yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır:

“Cüdoçumuz Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.

Elmar Babanlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Makkabi - Qarabağ oyunu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

33
(Yenilənib 10:23 23.10.2020)
I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib və ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

BAKI, 23 oktyabr - Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Dalbadal 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əvivin “Makkabi” komandası ilə görüşüb. I qrupunun I turu çərçivəsində keçirilən görüşdə hesab 10-cu dəqiqədə açılıb. Yonatan Kohen "Makkabi"ni irəli çıxarıb - 1:0. Birinci hissə bu hesabla bitib.

İkinci hissədə də "Qarabağ" buraxılmış qolun əvəzini çıxa bilməyib. Oyun minimal hesabla israillilərin xeyrinə başa çatıb. 

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüş məhsuldar keçib. Oyun ispanların 5:3 hesablı qələbəsi ilə qurtarıb.

II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

33
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

48
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

48
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı