Azərbaycanın gənc taekvandoçulardan ibarət millisi

Taekvando yığmamız Kanadaya yollanacaq

12
(Yenilənib 15:48 14.11.2016)
102 ölkədən 846 idmançının mübarizə aparacağı yarışda komandanız 8 oğlan və 6 qızla təmsil olunacaq

BAKI, 14 noy — Sputnik. Azərbaycanın gənc taekvandoçulardan ibarət millisi noyabrın 16-20-si aralığında Kanadanın Burnabı şəhərində dünya birinciliyində iştirak edəcək. Sputnik xəbər verir ki, 102 ölkədən 846 idmançının mübarizə aparacağı yarışda komandanız 8 oğlan və 6 qızla təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov heyətə Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Məhəmmədov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq) və Mərd Çiçəyi (73 kq); Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevanı (55 kq) daxil ediblər.

Qeyd edək ki, 4 gün davam edəcək birincilik Burnabi şəhərinin "Bill Copeland" idman arenasında keçiriləcək. ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Kanadaya yollanmış komandamız noyabrın 21-də Vətənə qayıdacaq.

 

12
Teqlər:
dünya birinciliyi, taekvandoçu, taekvando, çempion, mübarizə
Əlaqədar
Taekvandoçularımızın Avropa sınağı başlayır
Taekvandoçularımız Almaniyada döyüşəcəklər
Azərbaycanlı taekvandoçu qız BƏƏ-də qızıl medal qazandı
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

37
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

37
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

23
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

23
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr