Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qarşıda onu ağır döyüş gözləyir

© Photo : Z.Əzimovun şəxsi facebook hesabıKikboksçu Zöhrab Əzimov
Kikboksçu Zöhrab Əzimov - Sputnik Azərbaycan
Abunə olmaq
Zöhrab Əzimov: "Çempion adını almaq işin bir hissəsidir. Əsas hissə qazandığın uğuru qoruyub saxlamaqdır"

BAKI, 11 noy —Sputnik. "Dünya çempionu olmağım mənə böyük hörmət, diqqət qazandırdı. İdmançılara belə diqqət göstərildiyi üçün təşəkkür edirəm hamıya. Bu da gələcək yarışlarda uğur qazanmağımıza stimul verir".

Hafiz Baxşəliyev - Sputnik Azərbaycan
İDMAN
Həmyerlimiz kikboks üzrə dünya çempionu oldu

Sonuncu kikboks üzrə dünya çempionatının qızıl medalçısı Zöhrab Əzimov Sputnik-ə açıqlamasında belə deyib. İdmançı qarşıda onu güclü sınaq gözlədiyini bildirib.

"Çempion adını almaq işin bir hissəsidir. Əsas hissə qazandığın uğuru qoruyub saxlamaqdır. Qarşıda məni güclü bir döyüş gözləyir, amma qarşılaşmanın vaxtı hələ dəqiq bilinmir. Bu döyüşdə mütləq qalib gəlməliyəm", — Z. Əzimov qeyd edib.

İdmançı qələbə qazanmasında məşqçisi Hakim Hacıyevin böyük rolu olduğunu dilə gətirib: "İdmançı tək heç nə edə bilməz. Zəfərə gedən yolda ona yol göstərən müəllimi olmalıdır. Məşqçim Hakim Hacıyevə mənə kikboksun sirlərini öyrətdiyi üçün təşəkkür edirəm".

Xəbər lenti
0