Sərbəst güləş üzrə gənclər arasında respublika çempionatı

Güləşçilərimizin məşqçiləri dəyişdi

66
(Yenilənib 21:25 05.11.2016)
Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi baş verib.

BAKI, 5 noy-Sputnik. Güləş Federasiyasında kadr dəyişikliyi olub. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, federasiyada edilən dəyişikliklərdən sonra böyüklər yaş kateqoriyasında məşqçilər heyəti aşağıdakı kimidir:

Yunan-Roma güləşi üzrə

Baş məşqçi əvəzi — Akif Əliyev (məşqçi)

Böyük məşqçi — İlqar Abdulov (kiçik yaşlı yeniyetmələrdə böyük məşqçi)

Məşqçi – Nurəddin Rəcəbov (böyük məşqçi)

Sərbəst güləş üzrə

Baş məşqçi əvəzi — Firdovsi Umudov (böyük məşqçi)

Böyük məşqçi – Zəlimxan Hüseynov (məşqçi)

Məşqçi — Arif Abdullayev (gənclərdə böyük məşqçi) 

Məşqçi — Sadruddin Ayqubov (məşqçi)

Qadın güləşi üzrə

Baş məşqçi — Simeon Çeterev (baş məşqçi)

Böyük məşqçi — Aslan Ağayev (gənclərdə böyük məşqçi)

Məşqçi – Rövşən Umudov (sərbəst yeniyetmələrdə böyük məşqçi)

66
Teqlər:
Firdovsi Umudov, Güləş Federasiyası, məşqçi
Əlaqədar
Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurub
Güləş üzrə Avropa çempionatında yenilik
Bakıda güləş üzrə beynəlxalq turnir keçiriləcək
Güləş üzrə Avropa çempionatında millimiz böyük heyətlə çıxış edəcək
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

155
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

155