Qadın güləşi

Qadın güləşçilərimizdən 1 qızıl, 3 bürünc medal

21
Turnirdə Ukrayna, Azərbaycan, Belarus, Litva və Moldova idmançıları iştirak ediblər

BAKI, 27 okt — Sputnik. Ötən həftə Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak edib.

Mariya Stadnik
© Sputnik / Vladimir Astapkovich

Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 60 kq-da mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub. Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə edib.

Xatırladaq ki, Ukraynanın əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, Dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin Olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.

21
Teqlər:
medal, Moldova, Litva, Belarus, güləş, qadın, Vladimir Stadnik, Xmelniski, Ukrayna
Əlaqədar
Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurub
Güləşçilərimizdən sevinc və təəssüf dolu təəssüratlar
Azərbaycan güləşçisi qızıl medal şansını itirdi
Güləşçimiz Hacı Əliyev Olimpiadada növbəti mərhələyə çıxdı
Qadın güləşçilərimiz 1/4 finala vəsiqə qazandılar
Güləşçimiz Rəsul Çunayev Olimpiadanın yarımfinalına çıxıb