Braziliya futbolçusu Ronaldinyo Bakıda

Ronaldinyo Azərbaycan klubunda oynaya bilər

132
(Yenilənib 17:57 20.10.2016)
Ulduz futbolçu: "Messini dünyanın ən güclü futbolçusu hesab edirəm. Özümü isə Maradona və Pele səviyyəsində görürəm"

BAKI, 20 okt — Sputnik. "Qəbələdə artıq neçə ildir, futbolla bağlı Uşaq Akademiyası fəaliyyət göstərir. İstədik ki, Bakı şəhərində də uşaq akademiyası olsun. Məhz, Ronaldinyonun adını daşıyan bu akademiya Azərbaycan futbolu üçün güclü idmançılar yetişdirəcək".

Sputnik xəbər verir ki, bu gün, Bakıda Ronaldinyo Akademiyasının açılış mərasimi zamanı, "Qəbələ" idman klubunun rəhbəri Tale Heyderov belə deyib. AFFA-nın baş katibi Elxan Məmmədov da bu akademiyanın Azərbaycan futboluna böyük töhfələr verəcəyini dilə gətirib.

  • Braziliya futbolçusu Ronaldinyo Bakıda
    Braziliya futbolçusu Ronaldinyo Bakıda
    © Sputnik / Murad Orujov
  • Qəbələ idman klubunun rəhbəri Tale Heydərov
    "Qəbələ" idman klubunun rəhbəri Tale Heydərov
    © Sputnik / Murad Orujov
  • Braziliya futbolçusu Ronaldinyo Bakıda
    Braziliya futbolçusu Ronaldinyo Bakıda
    © Sputnik / Murad Orujov
  • Braziliya futbolçusu Ronaldinyo Bakıda
    Braziliya futbolçusu Ronaldinyo Bakıda
    © Sputnik / Murad Orujov
1 / 4
© Sputnik / Murad Orujov
Braziliya futbolçusu Ronaldinyo Bakıda

Konfransda Ronaldinyo media nümayəndələrinin suallarını da cavablandırıb. Ulduz futbolçu, təxminən bir ay öncə "Qəbələ" idman klubundan, onun adı ilə bağlı idman akademiyasının açılması təklifini aldığını və bu təklifi böyük məmuniyyətlə qəbul etdiyini bildirib.

"İstərdim, Akademiyaya gələn uşaqlar mənim adımı eşidib daha da həvəslənsinlər, məşqlərə həvəslə yanaşsınlar, bu da mənim uğurumdur. İllər sonra həmin uşaqların böyük klublara gedib oynamaq imkanları olarsa, mən onlara həmin klublarda da böyük kömək edəcəm", — Ronaldinyo deyib.

Futbolçu Azərbaycan millisi haqqında isə bunları deyib: "Bəli, mən sizin milli haqqında eşitmişəm. Milli komandanız seçmə mərhələdə 7 xal toplayıb. Mən özüm buradayam və istəyirəm ki, ölkənin futbolu ilə yaxından tanış olum".

Jurnalistin "Braziliya millisi ilə Azərbaycan milli komandasının oyununu təşkil edə bilərsiniz?" sualına Ronaldinyonun cavabı belə olub: "Gələcəkdə Azərbaycan milli komandası ilə Braziliya komandası arasında görüş nəzərdə tutulsa, mən köməklik edə bilərəm. Əsas odur ki, hər iki komandanın istəyi olsun".

Karyerasını nə vaxt başa vuracağına gəldikdə: "Düzünü deyim, mən hələ qərar verməmişəm ki, karyeramı nə vaxt bitirəcəm. Ola bilər, bu ilin sonunda karyeramı bitirim, ola da bilər ki, hələ davam etdirim".

O, dünyanın ən güclü futbolçusu kimi Messini gördüyünü qeyd edib. Özünü hansı zirvədə gördüyü ilə bağlı isə bunu deyib: "Özümü Maradona və Pele səviyyəsində görürəm".

Ronaldinyo "Bakı klublarında oynaya bilərsiniz?" sualını da cavablandırıb: "Niyə də yox? Hər şey ola bilər".

Mətbuat konfransından sonra Ronaldinyo uşaq akademiyasının ilk oyunçuları ilə təlum məşq toplanışında iştirak edib.

132
Teqlər:
Ronaldinyo, Uşaq Akademiyası, Qəbələ FK, futbol, klub
Əlaqədar
Futbol üzrə növbəti dünya çempionatı Avrasiyada olmayacaq
Futbolçu Cavid Hüseynov azadlığa buraxıldı
Futbol üzrə dünya çempionatının seçmə görüşləri keçirilib
Əmək haqlarını ala bilməyən futbolçular üsyana qalxdılar
Britaniyalı futbolçu İslama görə peşəsini tərk etdi
Bəhram Bağırzadədən “Neftçi” futbolçularına sərt sözlər
Futbol üzrə Azərbaycan yığması seçmə mərhələyə qələbə ilə başlayıb