Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda "Qlobal seriya 3" baş tutub

© Photo : Əhəd Məmmədovun şəxsi arxivindənƏhəd Məmmədov
Əhəd Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüşçümüz iranlı rəqibini məğlub edərək çempion adını qazanıb

BAKI, 19 okt — Sputnik. Bakıda növbəti mötəbər yarış keçirilib. Qaydasız döyüş növü üzrə "Qlobal seriya 3" növündə yerli idmançımız uğur qazanıb. 72 kilo çəki dərəcəsində Əhəd Məmmədov rəqibi, iranlı Ali Moradini məğlub edərək çempion adını qazanıb.

Əhəd Məmmədov Sputnik-ə açıqlamasında, bunu idman karyerası üçün əhəmiyyətli yarış kimi dəyərləndirib: "Yarışda qalib gəlməyimiz reytinqdə irəliləməyə və pul mükafatı qazanmağımıza səbəb oldu".

İdmançımız, həmçinin noyabrın axırlarında Bakıda "Qlobal seriya 4" yarışının keçiriləcəyini də bildirib. Qeyd edək ki, yarışda Azərbaycan, İran, Gürcüstan, Rusiya və digər ölkələrin idmançıları çıxış ediblər.

Xəbər lenti
0