Güləşçilərimiz Qitələrarası Kubok turnirindən 1 gümüş medalla qayıdıb

"Qitələrarası Kubok"dan 1 gümüş medal qazana bildik

25
(Yenilənib 18:53 17.10.2016)
65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub

BAKI, 17 okt — Sputnik. Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok" beynəlxalq turniri keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, güləşçilərimiz turniri 1 gümüş medalla başa vurub.

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib.

65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.

Qeyd edək ki, görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.

25
Teqlər:
Mahal Novruzov, Məhəmməd Müslümov, "Qitələrarası Kubok", Xasavyurt, beynəlxalq turnir, sərbəst güləş, Dağıstan
Əlaqədar
15-16 yaşlı güləşcilər üz-üzə gələcəklər
Azərbaycan yığması güləş üzrə dünya çempionatını ikinci yerdə başa vurub
Güləşçilərimizdən sevinc və təəssüf dolu təəssüratlar
Azərbaycan güləşçisi qızıl medal şansını itirdi
Güləşçimiz Hacı Əliyev Olimpiadada növbəti mərhələyə çıxdı
Qadın güləşçilərimiz 1/4 finala vəsiqə qazandılar
Azərbaycan millisinin və Qarabağ klubunun hücumçusu Mahir Emreli

"Qarabağ"ın ulduzu "Beşiktaş"da oynaya bilər

7
(Yenilənib 21:21 06.07.2020)
Beşiktaş prezidenti Ahmet Nur Çebinin çağırışına cavab gəlib və 23 yaşlı Mahir Emreli "ağ-qaralar"ın heyətində oynamağa təklif olunub.

BAKI, 6 iyul — Sputnik. Azərbaycan milli komandasının və "Qarabağ" klubunun hücumçusu Mahir Emreli İstanbulu təmsil edən "Beşiktaş"da oynaya bilər.

Sputnik Azərbaycan "Fotospor" nəşrinə istinadən xəbər verir ki, Mahir Emreli İstanbul təmsilçisinə təklif olunub.

Məlumata görə, Beşiktaş prezidenti Ahmet Nur Çebi Azərbaycanda qoşulduğu canlı yayımda deyib: "Azərbaycanda yaxşı futbolçular varmı? Azərbaycanlı qardaşlarımız ən yaxşısını gətirsinlər və bizə göstərsinlər".

Onun bu çağırışına cavab gəlib və 23 yaşlı Mahir Emreli "ağ-qaralar"ın heyətində oynamağa təklif olunub.

Gənc hücumçu bu mövsüm 16 oyunda 6 qol vurub və 7 qol ötürməsi edib.

7
Rüfət Güləliyev (göy formada), arxiv şəkli

Azərbaycanda 22 yaşlı dünya çempionu vəfat edib

45
(Yenilənib 17:14 06.07.2020)
Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının 22 yaşlı qalibi Rüfət Gülaliyevin ölümünün səbəbi hələlik məlum deyil. Yalnız qeyd olunur ki, ötən gün onun səhhəti kəskin şəkildə pisləşib.

BAKI, 6 iyul — Sputnik. Bazar günü, iyulun 5-də 22 yaşlı azərbaycanlı idmançı, dünya, Avropa və 2017-ci ilin dördüncü İslam Həmrəyliyi Oyunlarının çempionu Rüfət Gülaliyev Bakıda qəflətən vəfat edib.

Sputnik Azərbaycan Trend agentliyinə istinadən xəbər verir ki, idmançının ölümünün səbəbi hələlik məlum deyil. Yalnız qeyd olunur ki, ötən gün onun səhhəti kəskin şəkildə pisləşib və nəticədə Gülaliyev həyatının 22-ci ilində dünyasını dəyişib.

Gülaliyev əslən Azərbaycanın Laçın rayonundan olub və avqustun 8-də ad gününü qeyd etməli idi. O, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu və zorxana milli idman növü üzrə idman ustası idi.

45
COVİD-19-da ölən şəxs, arxiv şəkli

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır

0
(Yenilənib 12:07 07.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 622 741-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 538 079 nəfər vəfat edib, 6 302 689 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 938 min 625 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0