Sport Time jurnalının üz qabığı

"Sport Time"ın payız sayı çapdan çıxdı

42
(Yenilənib 18:39 17.10.2016)
Jurnalda İlham Əliyevin rəsmi görüşləri, idmançılarımızın Rio olimpiadasında əldə etdikləri nəticələr, idman ictimaiyyətinin tanınmış nümayəndələrinin müsahibələri yer alır

BAKI, 17 okt — Sputnik. "Sport Time" jurnalının payız sayı nəşr olunub. Sputnik xəbər verir ki, jurnalda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi görüşləri, idmançılarımızın Rio olimpiadasında əldə etdikləri nəticələr, idman ictimaiyyətinin tanınmış nümayəndələrinin müsahibələri yer alır. Qısa zamanda idmansevərlərin sevimli jurnalına çevrilən "Sport Time" maraqlı rubrikaları ilə də oxuculara təqdim olunub.

Sport Time jurnalının üz qabığı
© Photo
"Sport Time" jurnalının üz qabığı

42
Teqlər:
idman, jurnal, nəşr, Rio-2016, 'Sport Time'
Əlaqədar
Rio-de-Janeyroda jurnalistlər atəşə tutulub
Lənkəranda 16 nəfər jurnalist olmaq istəyir
Prezident jurnalistlərin binası üçün 3 milyon manat ayırdı
"Jurnalistlər üçün tikilən yeni bina yaxın vaxtlarda istifadəyə veriləcək"
Məşhur rus jurnalist Ukraynada qətlə yetirildi
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

11
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

11
Teqlər:
futbol, Türkiyə, milli

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

2071
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

2071
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov

Baş infeksionist: “Koronavirusa təkrar yoluxma hallarına az rast gəlinir”

0
(Yenilənib 17:24 20.09.2021)
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, mutasiya olunmuş ştamma qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər
Təyyar Eyvazov: “Bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”

Adətən koronavirusa təkrar yoluxma hallarına çox az rast gəlinir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir, lakin xəstəliyi ağır vəziyyətdə keçirənlər də var. Bu çox güman ki, həmin şəxsdə immun sisteminin zəif olması və ya yanaşı xroniki xəstəliklərlə əlaqədardır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, mutasiya olmuş virusların orqanizmdə mövcud anticisimlərdən yalnız müəyyən qədər yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanı digər mutasiya olmuş ştammlarla da təkrar yoluxma hallarına aid etmək olar: “Təbii ki, mutasiya olunmuş ştamma qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.

Təyyar Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0