Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qitələrarası Kubok" uğrunda mübarizə gedəcək

Abunə olmaq
Dağıstanda keçiriləcək turnirdə 15 güləşçimizin iştirakı planlaşdırılır

BAKI, 14 okt — Sputnik. Oktyabrın 14-16-da Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok" beynəlxalq turniri keçiriləcək. Sputnik Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 15 güləşçimizin iştirakı planlaşdırılır.

Güləş üzrə - Sputnik Azərbaycan
İDMAN
15-16 yaşlı güləşcilər üz-üzə gələcəklər

Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi ilə 57 kilo çəki dərəcəsində Xasavyurtda Pərviz İbrahimov, 61 kilo çəkidə Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov, 65 kilo çəkidəMahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev, 70 kilo çəkidə Hacımurad Ömərov, Orxan Abbasov, 74 kiloda İsmayıl Abdullayev, 86 kiloda Hacımurad Məhəmmədsəidov, 97 kiloda Məhəmmədrəsul Qazıməhəmmədov və 125 kilo çəki dərəcəsində Umar İsrailov mübarizə aparacaq.

Qeyd edək ki, görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edəcək.

Xəbər lenti
0