Cavid Qurbanov, arxiv şəkli

Cavid Qurbanov Ziya Məmmədovun yerinə gəldi

146
(Yenilənib 17:26 12.10.2016)
Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib

BAKI, 12 okt — Sputnik. Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı toplantı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Sputnik-ə verdiyi xəbərə görə, toplantıda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov federasiyanın rəhbəri seçilib.

Qeyd edək ki, iclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər. Onu da xatırladaq ki, federasiyanın bundan əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov idi.

146
Teqlər:
Səmayə Məmmədova, Azərbaycan Voleybol Federasiyası, Cavid Qurbanov, Ziya Məmmədov, Azad Rəhimov, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi
Əlaqədar
Elman Rüstəmov: Şahmatçılarımızın uğur qazanması federasiya hər şeyi edib
Yeni federasiyalar yaradıb xarici idmançılara pul xərcləyəcəklər
İdman federasiyaları, yoxsa "dərin dövlət"?!
Dalğıc Federasiyasının prezidenti suda boğulub
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
Uruqvaylı futbolçu Franko Akosta (mavi formada), arxiv şəkli

Məşhur ispan futbolçu çayı keçərkən yoxa çıxıb

15
(Yenilənib 11:38 07.03.2021)
Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

BAKI, 7 mart — Sputnik. İspaniyanın "Vilyarreal" klubunun sabiq futbolçusu vətəni Franko Akosta Uruqvayda çayı keçməyə cəhd edərkən itkin düşüb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun axtarışına başlayıblar.

Hadisə martın 6-da gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisi məhz onun qardaşı məlumatlandırıb.

Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

Qeyd edək ki, Franko Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas" komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.

15
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

22
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

22
Teqlər:
Formula-1 yarışı, Formula 1
Yarmarka

Deputat bahalaşma ilə bağlı həyəcan təbili çaldı

0
"Heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır. Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Benzinin qiyməti cəmi 10 qəpik bahalaşdı, amma bundan sonra monopolistlər hər gün qiymətləri bahalaşdırmağa başladılar. Hər gün demək olar ki, eyni məhsullar müəyyən qədər bahalaşır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır: "Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır".

0